Qiyməli kömbə RESEPTİ
Bizi izləyin

Mətbəx

Qiyməli kömbə RESEPTİ

Qiyməli kömbə hazırlamaq üçün lazım olan ərzaqlar:

Xəmiri:

1 su stəkanı süd

1 su stəkanı su

1 su stəkanı qatıq

Yarım paket maya

1-2 çay qaşığı duz

Yarım çay qaşığı şəkər

Apardığı qədər un

İçlik üçün:

250 qram dana qiyməsi

1 ədəd böyük soğan

2 ədəd pomidor

3 ədəd yaşıl istiot

Yarım stəkan qarğıdalı yağı

1 yumurta (sarısını üstünə sürtmək üçün)

Duz

İstiot

Hazırlanması:

Xəmir hazırlayıb onu 2 yerə bölün. Bir hissəsini boşqab böyüklüyündə açıb üzərinə duru yağ çəkin. Xəmiri dörd dəfə qatlayın. Bir kənara qoyub özünə gəlməsini gözləyin. Xəmirin qalan hissəsini də birinci kimi yağlayıb qatlayın.

İçliyin hazırlanması:

Duru yağda qiyməni qovurun. Üzərinə soğan və istiot əlavə edib, 4-5 dəqiqə yağda çevirdikdən sonra doğranmış pomidor da əlavə edin. Pomidoru 4-5 dəqiqə bişirdikdən sonra duz, istiot əlavə edin və odun üstündən götürüb soyuması üçün bir kənara qoyun.

Məcməyini yağlayın və xəmirlərdən birini qoyub əlinizlə açın. Üzərinə qiymənin hamısını tökün. Digər xəmiri da tava böyüklüyündə açıb qiymənin üstünə yerləşdirin. Axırda üstünə yumurta sarısı çəkib bıçaqla dilimləyin. 200 dərəcədə altı və üstü qızarana qədər bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm