"Şokolad cənnəti" piroqu – Resept
Bizi izləyin

Mətbəx

"Şokolad cənnəti" piroqu – Resept

Publika.az-ın mətbəx bölməsi şokolad cənnəti piroqunun reseptini təqdim edir:

İnqrediyentlər:

Süd - 1 stəkan

Şəkər tozu - 1 stəkan

Rafinə edilmiş bitki yağı - 1 stəkan

Kakao - 4 dolu xörək qaşığı

Yumurta - 2 ədəd

Un - 1 stəkan

Qabartma tozu - 1 paket

Vanil

Hazırlanması:

Südü, şəkər tozunu, bitki yağını və kakaonu mikserlə çalın. Kütləni iki hissəyə ayırın. Birinə 2 yumurta, vanil, 1 stəkan un, qabartma tozu əlavə edib yenidən mikserlə xəmiri çalın.

Soba tavasını yağlayın. Unlu kütləni 180 dərəcəyədək qızmış sobada 20-25 dəqiqə bişirin. Diş çöpü ilə bişdiyini yoxlayın.

İsti piroqun üzərinə qalan kütləni töküb 1 gecə saxlayın.

Piroqun çox zərif dadı olur, özünüzü sanki şokolad cənnətində hiss edəcəksiniz.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm