Eşq acısını unutduracaq bulka – Resept
Bizi izləyin

Mətbəx

Eşq acısını unutduracaq bulka – Resept

Publika.az-ın mətbəx bölməsi dadı damağınızdan getməyəcək bulkanın reseptini təqdim edir. Deyilənlərə görə, bu bulka elə dadlıdır ki, onu yeyən eşq acısını unudur.

İnqrediyentlər:

200 ml. ilıq süd

30 qram kərə yağı

3 xörək qaşığı şəkər tozu

2 xörək qaşığı bitki yağı

1 ədəd yumurta

1 bir paket vanil şəkəri

1/4 çay qaşığı duz

1 çay qaşığı maya

2-2.5 stəkan un

2 ədəd alma

Şəkər

Suda bişmiş qatlaşdırılmış süd

Hazırlanması:

3 xörək qaşığı ələnmiş unu maya ilə qarışdırın, üzərinə ilıq süd töküb qarışdırın.

Yağı əridin, şəkər, duz, vanil, bitki yağı və yumurta və mayalı kütləni əlavə edib yaxşıca qarışdırın.

Mayalınmış xəmirə yavaş-yavaş un əlavə edib yumşaq xəmir yoğurun. 30-40 dəqiqə xəmiri isti yerdə saxlayın.

Almanı sürtgəcdən keçirin, şirəsini süzün, almaya zövqə görə şəkər tozu və darçın əlavə edib qarışdırın.

Xəmiri yayın, üzərinə bir az kərə yağı, bir az qatlaşdırılmış süd yaxın. Almalı darçınlı kütləni üzərinə tökün. Xəmiri rulet formasında bükün. Amma sıx bükməyin. Soba qızana qədər xəmirin üzərinə plyonka örtüb 10 dəqiqə saxlayın. Sonra xəmiri kiçik hissələrə bölün, bir az yastılayıb, üzərinə yumurta sarısı çəkib sobada 180 dərəcədə bişirin.

Hazır bulkalar soyuduqdan sonra bıçaqla səliqəli kəsin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm