Qaymaq sousunda krevetka – Resept
Bizi izləyin

Mətbəx

Qaymaq sousunda krevetka – Resept

Publika.az-ın mətbəx bölməsi qaymaq sousunda krevetkanın hazırlanması reseptini təqdim edir:

İnqrediyentlər:

Krevetka - 800 qram

Kərə yağı - 50 qram

Sarımsaq - 2 diş

Qaymaq - 250 dəfə

Cəfəri

Duz

Hazırlanması:

Sarımsağı təmizləyin və əzin.

Tavaya kərə yağını, sarımsağı tökün, 2-3 dəqiqə qızardın, üzərinə qaymağı əlavə edib birlikdə qaynadın. Təmizlənmiş krevetkaları tavaya tökün, 10 dəqiqə zəif odda bişirin.

Yuyulmuş göyərtini xırda doğrayın və tavaya əlavə edib, 2-3 dəqiqə bişirin. Sonra tavanı oddan götürsəniz də qapağını açmayın.

Sonra krevetkaları boşqaba yığın. Tavanı yenidən oda qoyun, qaymaqlı sous qatılaşana qədər təxminən 3 dəqiqə bişirin. Daha sonra qaymaqlı sousdan boşqaba 1-2 qaşıq qoyun.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm