Sosiskalı piroq – Resept
Bizi izləyin

Mətbəx

Sosiskalı piroq – Resept

Publika.az-ın mətbəx bölməsi asan hazırlanan, tez bişən sosiskalı piroqun reseptini təqdim edir:

İnqrediyentlər:

250 ml. kefir

150 qram un

2 yumurta

200 qram pendir

200 qram sosiska və ya kolbasa

1 çay qaşığı qabartma tozu

Duz

Hazırlanması:

1.Pendir sürtgəcdən keçirin. Sosiskanı həlqə formasında doğrayın.

2. Yumurtanı, kefiri, 1/3 çay qaşığı duzu qarışdırın. Unu və qabartma tozunu əlavə edib, qarışdırın.

3. Pendiri, sosiskanı əlavə edib, qarışdırın. Xəmiri yağlanmış tavaya tökün. Yaxşı olardı ki, xəmirin ölçüsünə uyğun olsun. Xəmir nə çox nazik olsun, nə də qalın.

Sobanı 180 dərəcəyədək qızdırın. Təxminən 35-40 dəqiqə piroqu bişirin.

Piroqu isti-isti yemək məsləhətdir, onda çox dadlı olur.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm