Pendirli kotlet – Resept
Bizi izləyin

Mətbəx

Pendirli kotlet – Resept

Publika.az-ın mətbəx bölməsi dadlı pendirli kotletin reseptini təqdim edir:

İnqrediyentlər:

200 qram pendir

4 ədəd sosiska

2 ədəd yumurta

8 çay qaşığı un

Qarğıdalı yarması və ya 200 qram çipsi

1 xörək qaşığı xama

Hazırlanma qaydası:

Sosiskanı xırda doğrayın.

Sürtgəcdən keçirilmiş pendirə 1 yumurta, 1 xörək qaşığı xama, 4 xörək qaşığı, 1-2 diş sarımsaq əlavə edin. Yaxşı qarışdırın.

Şirin olmayan qarğıdalı lopalarını əlavə edin.

Kiçik kotletlər düzəldin. Əvvəlcə una, sonra yumurtaya, sonda qarğıdalı yarmasına və ya çipsiyə batırın.

Tavada hər iki tərəfini qızılı rəng alana qədər qızardın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm