Əfqanıstanda 63 "taliban"çı məhv edildi
Bizi izləyin

Yaxın Şərq

Əfqanıstanda 63 "taliban"çı məhv edildi

Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib.

Publika.az xəbər verir ki, silahlılarla toqquşmalar ölkənin şimalındakı Cazuzcan vilayətində baş verib.

Əfqanıstan ordusunun rəsmi nümayəndəsi Məhəmməd Hanif Rezay "Sinxua" agentliyinə bildirib ki, silahlılar Karkin rayonunda nəzarət-buraxılış məntəqəsinə iri miqyaslı hücum ediblər. Güc orqanlarının əməkdaşları hücumun qarşısını alıblar və silahlıları qaçmağa məcbur ediblər. Döyüş zamanı 63 "taliban"çı öldürülüb, 27 silahlı yaralanıb.

Silahlı toqquşma zamanı həmçinin təhlükəsizlik orqanlarının 6 əməkdaşı həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm