46 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Bizi izləyin

Nida.az

46 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Noyabrın 1-nə təyin olunan Milli Məclisə növbəti seçkilərlə bağlı deputat olmaq istəyən 46 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə Publika.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinə müdiri Şahin Əsədli bildirib. Onun sözlərinə görə, dairə seçki komissiyalarına namizədlik üçün müraciət edənlərin sayı 1170 nəfər olub ki, bunun da 525-i siyasi partiyalar, 52-si “Azadlıq-2015” siyasi bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 590-ı isə fərdi qaydada namizədliyini irəli sürüb. Ş.Əsədli deyib ki, 1014 nəfərin namizədliklərinin irəli sürülməsi artıq təsdiq olunub: “Artıq 881 nəfər imza vərəqəsi alıb, onların 176-sı isə imza vərəqələrini qaytarıb. Onlardan 46 nəfərin namizədliyi qeydə alınıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm