• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Prezidentə siyasətçi yox, məmur lazımdır” - MÜNASİBƏT

  • Nida.az
  • 17 Mart 2014 17:44
  • 2 176 Baxış
“Prezidentə siyasətçi yox, məmur lazımdır” - MÜNASİBƏT


“Əslində belə də olmalı idi. Prezidentə icraçı orqanlarda siyasətçi yox, məmur lazımdır”.

Bu barədə keçmiş millət vəkili, sabiq YAP-çı Alqış Həsənoğlu Publika.Az –a açıqlamasında Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılmasına münasibət bildirərkən deyib.

Sabiq YAP-çı hesab edir ki, dövlət başçısı bu addımı atmaqla doğru edib: “Bu, həm də siyasətçi kimi hərəkət etmək istəyənlərə nümunədir. Mən kiminsə siyasətçi olmasına qarşı çıxmıram. Hər kəs, eləcə də vəzifədə olanlar potensial siyasətçilərdir. Amma o, nə qədər ki, vəzifədədir, məmur kimi davranmalı, vəzifəsini icra etməlidir. Mən bununla bağlı danışmışdım, əlavəm yoxdur. Amma hesab edirəm bu, olmalı idi”.

Qeyd edək ki, A. Həsənoğlu E. Aslanovun anası, millət vəkili Rəbiyyət Aslanovun “mənim oğlum çox güclü siyasətçidir” deməsinə sərt reaksiya vermişdi. O, mediaya açıqlamasında “icraçı orqana güclü siyasətçi - şöbə müdirləri yox, hər şeydən öncə prezidentə sədaqəti, daxili rəğbəti olan çevik, peşəkar məmurlar lazımdır” deyə bildirmişdi.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR