Bəxtiyar Hacıyev saxlanıldı
Bizi izləyin

Nida.az

Bəxtiyar Hacıyev saxlanıldı

Bəxtiyar Hacıyev saxlanıldı

Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Nida-çıların işi üzrə keçirilən məhkəmə prosesində gənc fəal Bəxtiyar Hacıyev saxlanılıb.

Publika.Az xəbər verir ki, bu barədə B. Hacıyev “facebook” profilində özü məlumat yayıb.

“Polis gəlib mənə deyirdi ki, gəncləri sakitləşdir. Mən də dedim ki, mənə niyə deyirsiniz, onların rəhbəri deyiləm ki? Biri dedi o qızı tutun aparın, mən də dedim qarşıdurma lazım deyil. Sonra biri kobud danışdı mənimlə, dedi bəs sən kimsən? Dedim vətəndaşam. O dəqiqə də polislər tutub apardılar. Vətəndaş olmağın qadağan olduğunu bilmirdim...”-deyə o bildirib.

Gənc fəalın sözlərinə görə, o, hazırda 22-ci polis bölməsindədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm