“İkinci islam inqilabı”: öz balalarını diri-diri yeyən İran xilas ola bilmir
Bizi izləyin

Nida.az

“İkinci islam inqilabı”: öz balalarını diri-diri yeyən İran xilas ola bilmir

2015-ci ilin iyulunda “Altılıq” ölkələri (Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, ABŞ və Çin) ilə İran arasında tarixi anlaşma əldə olundu. İranın nüvə proqramının inkişafına beynəlxalq nəzarətin edilməsinin əvəzinə bu ölkəyə qoyulan sanksiyalar ləğv edildi. Bu sazişin beynəlxalq iqtisadiyyata, eləcə də İranın daxili vəziyyətinə ciddi təsir edəcəyi haqda qızğın müzakirələr gedirdi.

2015-ci ilin iyulunda "Altılıq" ölkələri (Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, ABŞ və Çin) ilə İran arasında tarixi anlaşma əldə olundu. İranın nüvə proqramının inkişafına beynəlxalq nəzarətin edilməsinin əvəzinə bu ölkəyə qoyulan sanksiyalar ləğv edildi. Bu sazişin beynəlxalq iqtisadiyyata, eləcə də İranın daxili vəziyyətinə ciddi təsir edəcəyi haqda qızğın müzakirələr gedirdi.

Hesab olunurdu ki;

- Sanksiyalar ləğv olunandan dərhal sonra İrana böyük xarici investisiyalar gələcək və bu ölkə ağır vəziyyətdən çıxacaq.
- İranın dünyaya açılışı ölkədə liberal güclərin mövqelərini gücləndirəcək, nəticədə mühafizəkarlar erasına son qoyulacaq.
- İslahatçılar tərəfindən idarə olunan İran Qərblə münasibətləri qaydaya salacaq, ən pis halda xarici siyasətdə anti-Rusiya mövqeyi tutacaq.

Bu proqnozlardan bir il keçib, lakin "siyasi peyğəmbərliklər"in heç biri yerinə yetməyib.


Sanksiyalardan xilas olmaq təbii ki, İranın xeyrinədir. Xüsusilə neft üzərində embarqonun qaldırılması bu ölkənin pul qazanması yolunu açdı. İllər sonra neft bazarına çıxış zamanı neftin qiymətinin aşağı düşməsi kimi bəxtsizliklə üzləşməsinə baxmayaraq, İran ümumilikdə öz iqtisadiyyatını müəyyən qədər dirçəltdi. Xarici investorların da bu ölkəyə marağı artdı. 2014-cü illə müqayisədə 2015-ci ildə ümum daxili məhsul 0,5 faiz artaraq, 3,5 faiz oldu. Proqnozlara görə, bu ilin sonunda ÜDM 4,2, 2017-ci ildə isə 4,6 faiz olacaq.

İran hökuməti iqtisadiyyatda stabillik yarada bildi, lakin gözlənilənlərin əksinə olaraq, böyük inkişaf gözə dəymir. Büdcə əvvəlki kimi boşdur, neft qiymətlərinin aşağı olması onu doldurmağa imkan vermir. Xarici investorlar müzakirələr aparır, lakin kapital qoymağa hələ tələsmirlər. Sosial vəziyyət o qədər də ürəkaçan deyil.

İran iqtisadiyyatının cari problemlərinin bir neçə səbəblə bağlı olduğu deyilir. Hər şeydən əvvəl sanksiyaların mənfi atmosferinin hələ də qalmasıdır. Sanksiyalar vaxtında İran öz maliyyə ehtiyatlarını demək olar ki, xərclədi və buna görə də indi iqtisadiyyatının inkişafına pul qoya bilmir. Digər tərəfdən, iqtisadiyyatda köhnəlmə prosesi gedib, hansı ki, indi onun yenilənməsi üçün də maliyyə lazımdır.

Nəhayət, sanksiyalar tamamilə aradan götürülməyib. Xüsusilə Avropa banklarındakı hesablara qoyulan həbslər, həmçinin, İranın dünya maliyyə sisteminə girişinə olan qadağa problemlər yaradır. ABŞ-ın yeni prezidentinin kim olmasından asılı olmayaraq, Vaşinqtonun bu məhdudiyyətlərdən Tehran üzərində siyasi təzyiq aləti kimi istifadə etmək niyyəti açıq görünür.

Bu isə xarici bankların və şirkətlərin İran iqtisadiyyatına kapital qoymasının qarşısını alır. Misal üçün, Böyük Britaniya hökuməti bu il "HSBC" və "Barclays" şirkətlərinə İranla aktiv işləmək təklifi göndərib. Cavab belə oldu: Amerika sanksiyalarının onları hədələmədiyinə tam əmin olmayana qədər İranla işə başlamayacaqlar.

Bunda başqa İranda danışırlar ki, sanksiyalar hökumətin iqtisadiyyat üzərində sərt nəzarətinə gətirib çıxartdı və xüsusilə özəl sektorun boğulması, korrupsiya kimi hallarin artması problemlərə gətirib çıxartdı.

Burada İran daxilində mühafizəkarlarla liberalların savaşı da boylanır: "Altılıq" ölkələri ilə razılaşmadan sonra liberalların nüfuzu artdı, parlament seçkilərindən onlar qalib çıxdı. Lakin bu, mühafizəkarların "ölümü" demək deyil. Ali dini lider Ayətullah Xamneyinin dəstəyindən istifadə edən mühafizəkarlar liberalların önünə sədd çəkirlər. Onlar hesab edirlər ki, iqtisadiyyatda dövlət nəzarətinin aradan qaldırılması təhlükələrə gətirib çıxara bilər. ABŞ və Avropa Birliyi ilə əlaqələrdən ehtiyat edir, iqtisadi əməkdaşlığın məhdudlaşdırılmış formasını təklif edirlər.



Ümumilikdə liberallarla mühafizəkarların döyüşündən Ruhaninin cameəsi qalib çıxsa da bu, hər şeyi həll etmədi. Təcrübə bir daha göstərdi ki, son söz yenə də Xamneyinindir.

Mühafizəkarların İran reallığında təsir gücünün qalması deməyə əsas verir ki, ölkənin xarici siyasət kursunda da ciddi dəyişiklik gözlənilmir. Faktiki olaraq, dini rəhbər də daxil olmaqla mühafizəkar kəsim Qərblə münasibətlərə şübhə ilə yanaşır. Bundan başqa, Tehran Yaxın Şərqdəki proseslərə cəlb olunduğu üçün Qərblə münasibətləri qaydaya salması çətinləşir. Xüsusilə Suriya hadisələri, İŞİD-lə mübarizə Tehranı Moskva ilə yaxınlaşdırır. Bu yaxınlaşma iqtisadi sferada da nəzərə çarpır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Göründüyü kimi, İranla bağlı proqnozlar özünü doğrultmur. Ehtimallar var ki, ABŞ-ın yeni prezidenti İranla bağlı daha sərt yanaşma sərgiləyəcək.

Və budur, Rza Zərrabın timsalında öz balalarını "diri-diri yeyən" İran xilas ola bilmir. Hansı ki, Amerika İranda "ikinci inqilab" həyata keçirə bildi və 1979-cu ildən ölkəyə hakimlik edən mühafizəkarların qanadını qıraraq, sanksiyalar dövründə öz ölkəsinin xilası üçün amerikalıları aldadanları görk olsun deyə asmaqdan betər etdi. İran isə öz içində çabalamaqdadır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm