Biz həmişə izləyirik: “Ağıllı eynək”lərə qarşı etiraz
Bizi izləyin

Dünya

Biz həmişə izləyirik: “Ağıllı eynək”lərə qarşı etiraz

Biz həmişə izləyirik: “Ağıllı eynək”lərə qarşı etiraz

"Hamı Elona nifrət edir" adlı fəal qrup Londonda qeyri-adi bir kampaniya təşkil edərək iki avtobus dayanacağında “Meta” “ağıllı eynək”ləri üçün saxta reklamlar yerləşdirib.

Publika.az xəbər verir ki, “Engadget”in məlumatına görə, kampaniya cihazların məxfilik və gizli nəzarətlə bağlı artan tənqidlərinə cavabdı.

İlk baxışdan afişalar real “Meta” reklamlarından demək olar ki, fərqlənmir. Onlardan birində Kayli Cennerin “ağıllı eynək” taxdığı göstərilir, lakin fərqli bir bucaqdan baxıldıqda afişa dəyişir: rəngli foto ağ-qara olur, məşhurun ​​üzü qorxunc bir görünüş alır və "Meta AI Glasses" yazısı "Meta: Biz Həmişə İzləyirik" yazısına çevrilir. Beləliklə, fəallar kameralı cihazlardan istifadənin risklərinə diqqət çəkmək istəyiblər.

Bu, günəş eynəklərinin gizli bir reallığı görməyə imkan verdiyi Con Karpenterin "Onlar Yaşayırlar" adlı kult filminə istinaddır. Yeri gəlmişkən, bu, ilk belə kampaniya deyil. Bu ayın əvvəlində Londonda "Paltardan bəri pozğunlar üçün ən böyük texnoloji irəliləyiş" yazısı və "Hey “Meta”, çəkilişə başla" çağırışı ilə başqa bir saxta “Meta” reklamı peyda olmuşdu.

Hər iki kampaniya Elon Mask, Ceff Bezosa və texnologiya sənayesindəki digər şəxslərə qarşı etirazları ilə tanınan "Everyone Hates Elon" qrupu tərəfindən təşkil edilib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm