Qüdrət Həsənquliyev ATƏT PA-nın sədri ilə görüşdü
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev ATƏT PA-nın sədri ilə görüşdü

Bu gün Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT Parlament Assambleyasının sədri, İtaliya parlamentinin üzvü Rikardo Miqliori ilə görüşüblər.

Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Publika.Az-a məlumat verib.

Görüşdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivi, Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Azər Kərimli, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov, Qüdrət Həsənquliyev və İlham Əliyev iştirak ediblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm