ATƏT-in Bakı sessiyasında “Rusiya terrorçuları”
Bizi izləyin

Nida.az

ATƏT-in Bakı sessiyasında “Rusiya terrorçuları”

Rusiya nümayəndəsi Krımda və Ukraynaya məxsus digər yerlərdə döyüşənlərin terrorçu olmasını qəbul etmir.

Axar.az xəbər verir ki, Bakıda keçirilən ATƏT PA-nın 23-cü sessiyasında yenidən narazılıq yaşanıb. Terrorçuluqla bağlı qətnamə layihəsinin müzakirəsi zamanı Latviya nümayəndə heyətinin Ukraynanın Şərqində döyüşənlərin “Rusiyadan göndərilmiş terrorçular” adlandırılması təklifinə Rusiya nümayəndə heyətinin üzvü Aleksey Puşkov etiraz edib:

“Siz deyirsiniz ki, Krımda və Ukraynanın şərqində döyüşənlər Rusiyadan göndərilən terrorçulardır. Biz bunu qəbul edə bilmərik. Terrorçular İraqda, Suriyadadır. Onların siyahısı var. Amma buradakılar vətəndaşlardır və onlar öz hüquqlarını müdafiə edirlər. Əgər bunları terrorçu hesab edirsinizsə, lütfən siyahısını verin”.

Bu müzakirələrdən sonra başqa bir maraqlı olay yaşanıb. Səsvermə zamanı müzakirələrə sədrlik edən Azay Quliyev təklif edilən düzəlişin qəbul edilmədiyini bildirsə də, parlamentarilərin bəziləri buna etiraz edib və sədrdən təcili surətdə lehinə, əleyhinə və bitərəf olanların siyahısını verməyini tələb ediblər.

Azay Quliyev isə öz növbəsində səsvermənin yenidən keçirilməsini təklif etsə də, bu, narazılığı azaltmayıb.

Litva nümayəndə heyətinin rəhbəri Alqridas Sisas bir daha Azay Quliyevdən açıqlama verməsini tələb edib:

“Biz anlayırıq ki, təkrar səsvermə olacaq. Amma sizdən tələb edirəm. Niyə səsvermənin nəticələrini açıqlaya bilmirsiniz? Lehinə və əleyhinə olanların sayını bilmədiyiniz təqdirdə necə deyə bilərsiniz ki, “təklif qəbul olunmadı?!””

Bütün bunlardan sonra təklif yenidən səsverməyə çıxarıldı və 29 lehinə, 35 əleyhinə və 10 səs bitərəf olmaqla təklif qəbul edilmədi. Amma ümumilikdə layihə qəbul edilib.

Hazırda Türkiyə nümayəndə heyətinin rəhbəri Emin Önenin təklif etdiyi qanun layihəsi müzakirə edilir. Layihə ABŞ-ın Əfqanıstanda bundan sonrakı rolu ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm