Lalə Şövkət yeni işə başlayır – Özəl
Bizi izləyin

Nida.az

Lalə Şövkət yeni işə başlayır – Özəl

Azərbaycan Liberal Partiyasının (ALP) lideri, sabiq dövlət katibi Lalə Şövkət politoloqluğa başlayır.

Publika.az-ın əldə etdiyi məlumata görə, xanım siyasətçi sentyabr ayından siyasi şərhçi kimi çıxış edəcək. Onun siyasi şərhlərinin həm daxili, həm də xarici siyasətlə bağlı olacağı deyilir.

ALP sədri Əvəz Temirxan isə xəbəri təkzib edib. “Lalə xanım hazırda siyasi analizlərlə məşğuldur, lakin onun bu analizləri mətbuatda politoloq kimi çıxış etmək üçün etdiyini demək yanlış olar. Onun analizləri həm partiyanın işində, həm də digər məsələlərdə istifadə olunur”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm