Azərbaycana neft əvəzinə silah təklif olunub
Bizi izləyin

Nida.az

Azərbaycana neft əvəzinə silah təklif olunub

"Qəbul etdiyimiz qərarların mahiyyətinə baxmayaraq, bəzi dövlətlər digər meydança və təşkilatlarda elə bu məsələ ilə bağlı KTMT-nin qərarlarına ziddiyyətli olan bəyanatlar verirlər”, - Sarkisyan söyləmişdi.

Xəbər verdildiyi kimi, Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycana səfər edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun qəbulunda olan belaruslu qonaqla iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq müzakirə olunub.

Publika.Az –ın verdiyi xəbərə görə, siyasi müşahidəçi Roman Yakovlevski Roman “Charter97.org” saytına bu səfəri şərh edib.Onun fikrincə, danışıqların yeni silahların alınması ilə bağlı getdiyi ehtimal edilir. MDB ölkələri olan Azərbaycan və Belarusun hərbi-texniki əməkdaşlığın ən maraqlı mövzu olduğunu deyən R. Yakovlevski hesab edir ki, Azərbaycanla Ermənistanın indiyə qədər müharibə vəziyyətində olması və Ermənistanın Belarusla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi öhdəlikləri olması paradoksal vəziyyət yaradır. “Biz eşidirik ki, hərbi-texniki əməkdaşlıq vuruşan tərəflərdən biri olan Azərbaycanla inkişaf etdirilir. Vuruşan digər tərəf isə onunla eyni təşkilatın üzvü olan Ermənistandır. Bu bir sıra suallar doğurur və onlara cavab tapmaq çətindir. Xüsusilə qeyd etmək lazımdır ki, səfərlə bağlı informasiya ilk dəfə Belorus deyil, Azərbaycan mediasında çıxdı”, - R.Yakovlevski deyib.

Siyasi müşahidəçi Azərbaycan-Belarus hərbi-texniki əməkdaşlığın inkişafının Azərbaycanın alıcılıq qabiliyyətinin yüksək olması baxımından perspektivli olduğunu vurğulayıb. “Charter97.org”un məlumatına görə, səfər haqqında Belarus KİV-i yazmayıb.

Qeyd etmək lazımdır ki, rəsmi İrəvan da KTMT-nin üzv olan ölkələrin Azərbaycanla əməkdaşlığından narazıdır. Keçən il təşkilatın Soçidə keçirilən sessiyasında Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ məsələsindəki mövqelərinə görə KTMT üzvlərindən incikliyini ifadə etmişdi. "Qəbul etdiyimiz qərarların mahiyyətinə baxmayaraq, bəzi dövlətlər digər meydança və təşkilatlarda elə bu məsələ ilə bağlı KTMT-nin qərarlarına ziddiyyətli olan bəyanatlar verirlər”, - Sarkisyan söyləmişdi. O, qeyd etmişdi ki, son illər ərzində prezidentlər səviyyəsində də bir sıra sənədlər qəbul edilib ki, orada əsas prinsiplər göstərilib - Azərbaycanın ərazi bütövlüyü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm