Prezident İlham Əliyev bir sıra ikitərəfli sazişləri təsdiqləyib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev bir sıra ikitərəfli sazişləri təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında yerin müşahidəsi sahəsində əməkdaşlığa dair 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış sazişin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa hökumətinə bildiriş göndərməlidir.

Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış saziş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində saziş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Anlaşma Memorandumu da təsdiq edilib.

Prezident Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış sazişin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 6-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə müvafiq fərmanlar da imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm