Nida.az
Ölkədə daha bir siyasi partiya yaradılır – ÖZƏL
“Azərbaycan 2013” hərəkatının bazası əsasında bu il ölkədə yeni siyasi partiya yaradılacaq.
Bu barədə Publika.az-a hərəkatın təsisçisi,
politoloq Ərəstun Oruclu məlumat verib.
Onun sözlərinə görə, yeni partiyanın proqramı müəyyən qədər
hazırlanıb: “Əslində hərəkatın proqramı var və bunun üzərində
müəyyən təkmilləşdirmələr aparılacaq. Partiyanın adı ilə bağlı
müzakirələrimiz də gedir. Hələlik qərar olmadığı üçün bu haqda
danışmaq istəmirəm. Lakin bu ilin sonuna kimi 100 faiz partiyanı
təsis edəcəyik”.
Ə. Oruclu digər siyasi partiyalardan fərqlənən nüanslarını da
açıqlayıb.
“Bizim üçün iqtisadiyyat əsas prioritetdir. Hesab edirik ki, bütün
dəyişikliklərin, islahatların kökü iqtisadiyyatdan başlamalıdır.
Əsas fərqimiz də bundadır. Azərbaycanda mövcud olan siyasi
partiyaların, hərəkatların mütləq əksəriyyəti iqtisadi məsələlərə
prioritet kimi baxmır. Halbuki, iqtisadiyyat siyasəti, eləcə də
ictimai münasibətləri, hüququ da müəyyənləşdirən amildir. Xarici
siyasət prioritetimiz isə avroatlantik məkana inteqrasiyadır. Hesab
etmirik ki, Azərbaycan Rusiya tərəfə meyillənməlidir. Bütün mövcud
münaqişələri, istər cəmiyyət daxili, istərsə Azərbaycanın ərazi
bütövlüyünün azad olunmasını sülh yolu ilə görürük. Bu da bizim
əsas prioritetimizdən irəli gəlir. Çünki iqtisadiyyat güclü olanda
silaha ehtiyac olmur. Ən güclü silah elə iqtisadiyyatdır”- deyə o,
vurğulayıb.
Politoloq bu il keçiriləcək parlament seçkilərinə namizədliyini
vermək niyyətində olduğunu deyib. Lakin, o, partiya olaraq seçkiyə
getməyəcəklərini bildirib: “Hərəkat, yaxud partiya olaraq seçkiyə
getməyəcəyik. Biz müstəqil namizədlər klubu formasında seçkiyə
qatılacağıq. Partiya quruculuğu da paralel olaraq aparılacaq. Lakin
bir şeyi etiraf etməliyik ki, ölkədə siyasi şərait bizim
istədiyimiz kimi deyil. Mən hərəkatın toplantılarında açıq şəkildə
bunu bildirirəm və əsasən gənclərdən ibarət olan üzvlərimizi
təhlükəyə atmaq istəmirəm. Ona görə də daha çox proqramlarla çıxış
etməyə üstünlük veririk. Partiyanın qurulması bu baxımdan
önəmlidir”.
Asif Nərimanlı
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi