• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Milli Məclisdə sulu qəlyan söhbəti

  • Nida.az
  • 2 Fevral 2015 18:45
  • 466 Baxış
Milli Məclisdə sulu qəlyan söhbəti

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Reklam haqqında” qanuna edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Publika.az-ın məlumatına görə, deputat Elmira Axundova “Reklam haqqında” qanun layihəsinə edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, qanunun təkmilləşdirilməsinə çoxdan ehtiyac yaranıb: “Sevindirici haldır ki, parlamentin payız sessiyası zamanı sosial roliklərin artırılması və telefonlara bezdirici SMS-lərin gəlməsinin qarşısının alınması ilə bağlı irəli sürdüyüm təkliflərim qanuna edilən dəyişikliklərdə yer alıb. Buna görə təşəkkürümü bildirirəm. Artıq bundan sonra şəxsin icazəsi olmasa, ona heç bir bezdirici SMS-lər gəlməyəcək. Təbii ki, qanuna əməl edilsə. Eyni zamanda, təklif irəli sürərdim ki, savadsız reklamların qarşısının alınması da qanunda öz əksini tapsın”.

Deputat Zahid Oruc qeyd edib ki, əvvəlki qanun həm beynəlxalq, həm də mənəvi tələblərə uyğun gəlmirdi: “Həmkarlarımın yol qırağı məkanlarda hərbi vətənpərvərlik xarakterli reklamların yayımlanmasının zəruri olması ilə bağlı səsləndirdikləri fikirlərinə cavab olaraq deyə bilərəm ki, bu məsələ ən çox KİV-lərdə və elektron yazılı mətbuatda yayımlanmalıdır. Bu səbəbdən də, mövcud qanunun adını “KİV-də reklam haqqında” qanun layihəsi qoymaq lazım idi. Bundan başqa, qanunun 28-ci maddəsinə qarşı çıxıram. Çünki orada qeyd olunub ki, 24 saat efirin 20 faizini reklam təşkil edə bilər. Həmin vaxtı da hesablasaq görərik ki, gün ərzində 4 saat 40 dəqiqə reklam nümayiş olunacaq. Bu da insanlara əziyyət verməkdir. Bir faktı da qeyd edim ki, bir çox xarici filmlərdə terror, kriminal və digər zorakılıq halları gizli şəkildə təbliğ olunur”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Z.Orucun sonuncu fikrinə “həmin filmlər bizə sırınan filmlərdir” dəyərək cavab verib.

Daha sonra deputat Gövhər Baxşəliyeva isə əlavə edib ki, tibbi baxımdan günəbaxan tumlarını reklam etmək düzgün deyil: “Həmçinin sulu qəlyan da qadağan olunmalıdır. Çünki həmin vasitə çox zərərlidir. Qəlyanda istifadə olunan tütündə müəyyən miqdarda da olsa narkotik maddələrə rast gəlinir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR