Suriyada ölənlər kəşfiyyata cəlb olunub? AÇIQLAMA
Bizi izləyin

Nida.az

Suriyada ölənlər kəşfiyyata cəlb olunub? AÇIQLAMA

Bunun əsası kimi isə Suriyada ölənlərin cəsədlərinin ölkələrinə gətirilməməsi bildirilir.

Suriyada Əsəd cəbhəsində ölənlərin əslində sağ olması haqqında mətbuatda məlumatlar yayılıb. Məlumatlarda iddia edilir ki, orada döyüşüb dünyasını dəyişdiyi bildirilən şəxslər əslində kəşfiyyata cəlb olunaraq müxtəlif məqsədlər üçün fəaliyyət göstərirlər. Bunun əsası kimi isə Suriyada ölənlərin cəsədlərinin ölkələrinə gətirilməməsi bildirilir.

Hafta.az-a məsələ ilə bağlı açıqlama verən millət vəkili Çingiz Qənizadə bildirdi ki, bu kimi xəbərlər tamamilə əsassızdır:

“Əvvəla Suriyada hazırda vəziyyət elədir ki, orada konkret dövlət yoxdur. İkincisi də Suriyada ölənlərin xüsusi siyahısı aparılmır. Küçə döyüşləri getdiyi üçün ölənlər haqqında da geniş məlumatlar verilmir. Mən hesab etmirəm ki, Suriyada döyüşənlərdən hansısa kəşfiyyat məqsədilə istifadə edilsin. Bunlar sadəcə boş informasiyalardır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm