Fazil Mustafa: “Bu fakt Almaniyanın beynəlxalq nüfuzuna böyük zərbə vuracaq”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “Bu fakt Almaniyanın beynəlxalq nüfuzuna böyük zərbə vuracaq”

“Avropa Şurası və Almaniya bundestaqı eyni göstərişlə hərəkət edirlər. Bütün bunlar isə Azərbaycan ictimaiyyətində müəmmalar yaradır”.

Bu sözləri Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Azərbaycan özü çalışmalıdır ki, ölkədə insanları qane edən addımlar atılsın. F.Mustafa deyib ki, bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir: “Təbii ki, bu da Azərbaycanla bağlı müəyyən fəaliyyətlərdə özünü hiss etdirir. İstər siyasi fəaliyyət, istərsə də digər sahələrlə bağlı olsun. Son vaxtlar Almaniya mediasında Azərbaycanla bağlı yayılan materiallar da buna misaldır. İlk növbədə ona diqqət edilməlidir ki, niyə bu ərəfədə kampaniyalar məhz Almaniyadan daha genişlənib? Almaniya bundestaqının qəbul etdiyi qətnamə də sanki ardıcıl aparılan fəaliyyətin bir nəticəsi idi”.

Deputat qeyd edib ki, Azərbaycanla bağlı müəyyən maraqlar var: “Həmin maraqların təmin olunması üçün də bu cür addımlar atılır. Almaniyadan gələn bu cür sistemli kampaniyalar səmimiyyət doğurmur. Biz indiyədək Almaniya dövlətinin işğalçı ölkəyə qarşı sanksiya qəbul etməsi barədə hər hansı qərarını görməmişik. Bütün bunlar olmadığı halda, onsuz da bu cür addımlar Azərbaycana qarşı olan siyasi təzyiq vasitəsindən savayı addım kimi anlaşılmır”.

Berlin hava limanında “Əl-Cəzirə” televiziyasının misirli jurnalistin saxlanılması məsələsinə də toxunan F.Mustafa bildirib ki, əslində bu məsələ ilə bağlı Almaniyanın müəyyən dairələrinin əsl niyyətləri tədricən ortaya çıxır: “Bu fakt Almaniyanın beynəlxalq nüfuzuna da böyük zərbə vuracaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm