Nida Xəbər
Bakının azad olunmasının 99-cu ildönümündə Türk Şəhidliyi ziyarət olundu - FOTOLAR
Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları
1918-ci il 15 sentyabr tarixində Bakının türk ordusu tərəfindən
azad olunmasının 99-cu ildönümü münasibətilə Bakı Türk Şəhidliyini
ziyarət edib.
Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyə
dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Erkan Özoral bildirib ki, Bakının qurtuluşu
tarixi Azərbaycanın, ümumlikdə isə türk dünyasının tarixində önəmli
hadisədir: “Osmanlı dövləti o zaman ən yaxşı ordusunu Azərbaycana
göndərmişdi. Onlar böyük qəhrəmanlıq göstərdi, nəticədə
Azərbaycanın müstəqilliyi təmin edildi. Daha doğrusu, bu
müstəqillik bugünkü sərhədlər içində quruldu, halbuki, Azərbaycan
daha geniş sərhədlər daxilində müstəqil ola bilərdi. Bizlər bundan
sonra gələcəyə daha da ümidli baxmalıyıq”.
E.Özoral qeyd edib ki, bu gün Azərbaycanın hər güşəsində türk
əsgərinin məzarı ilə qarşılaşmaq mümkündür.
“Türkiyə xaricində ən çox şəhid məzarlarımız Azərbaycandadır. Bu,
çox önəmli məsələdir. Türk şəhidlərinin məzarlarının bu günə qədər
gəlib çıxmasında azərbaycanlı qardaşlarımızın da rolu böyükdür.
Azərbaycanlı qardaşlarımız Sovetlər dövründə bu məzarları
qohumlarının məzarı olaraq qoruyub saxlayıblar. Biz həqiqətən də
bir dövlət iki millətik və bu heç zaman dəyişməyəcək”, - deyə səfir
vurğulayıb.
E.Özoral əlavə edib ki, bu gün Dağlıq Qarabağ problemi Türkiyənin
da ən böyük problemidir: “Biz bu münaqişənin ədalətli həlli üçün
əlimizdən gələni edirik”.
Türk şəhidlərinin xatirəsi yad edilib, abidə önünə gül dəstələri
düzülüb. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.
Mərasimdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin
nümayəndələri, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət
Həsənquliyev, o cümlədən, ictimaiyyət nümayəndələri də iştirak
edib.
Asif
-
Yaxın Şərq12:42ABŞ İrana ordu yeridir: Pentaqonun gizli planı üzə çıxdı
-
Region11:55Ermənistanda bu universitetə Ağrı dağı ilə bağlı göstəriş verildi: Dəyişin
-
Köşə11:3853 yaşda süni mayalanmanın acı sonu - Qadınlar niyə tək qocalmaqdan qorxur?
-
Sosial10:51Şeyx bayramla bağlı fətva verdi
-
İdman10:48"Pafos"la anlaşan Azərbaycanlı futbolçu "Neftçi"yə jest etdi - NƏ QƏDƏR QAZANACAQ?
-
Dünya10:06Qalibaf ABŞ və İsraili qorxutdu: Onları oyandırdınız, fırtına olacaq
-
ABŞ09:36İstefaya gedən Kent sirləri açır: İsraillə ABŞ-ın kəşfiyyat məlumatları üst-üstə düşmür
-
Region08:24İranda yeni təyinatlar: Laricaninin və Xətibin yerinə onlar gətirildi - Foto




















.jpg)



















.jpg)