Yaxın Şərq
Addım-addım izləmə, tək zərbə: İranın "kölgə lideri" Əli Laricani belə öldürülüb
İranın "kölgə lideri" kimi tanınan Əli Laricaninin İsrail hücumunda öldürüldüyü rəsmi olaraq təsdiqlənib və İnqilab Keşikçiləri qisas alacağına söz verib. Bəs Laricanini hədəf alan hücum necə baş verib?
Publika.az dünya mətbuatında yayılan məlumatlar əsasında hücumun pərdəarxası olaylarını təqdim edir.
“The Times of India” qəzetinin məlumatına görə, Tehran hökuməti ilə media arasında hücumun yeri ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Laricaninin İsrail hava hücumunda öldürüldüyü bildirilsə də, onun necə hədəfə alındığı ilə bağlı ziddiyyətli məlumatlar əlavə suallar yaradıb. Hücumun yeri hələ də məlum deyil. İnqilab Keşikçilərinə yaxın olan “Fars” Xəbər Agentliyi Laricaninin Tehran yaxınlığındakı Pardisdə qızının evində olarkən vurulduğunu açıqlayıb.
Lakin məlumatlı mənbələr bu iddianı açıq şəkildə təkzib edərək, Laricaninin mülki yaşayış yerində deyil, dövlət tərəfindən təyin olunmuş "təhlükəsiz müəssisədə" olduğunu deyirlər.
"The Guardian" qəzetinin İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, sui-qəsd təsadüf deyil, günlər əvvəldən planlaşdırılmış bir əməliyyat olub. Eyni hesabatda hücum əmrinin İsrail kəşfiyyatının Laricaninin bazar ertəsi günortadan sonra Tehrandakı bir mənzilə girdiyini təsdiqləməsindən sonra verildiyi bildirilir.
Hücumun miqyası ortaya çıxan görüntülərlə aydın olur. Sosial mediada paylaşılan şəkillərdə Laricaninin olduğu iddia edilən binanın tamamilə dağıldığı və ətrafdakı tikililərə də ciddi ziyan dəydiyi görünür.
"Times of India" qəzetinə danışan mütəxəssislər görüntülərə əsaslanaraq istifadə edilən sursatın son dərəcə güclü olduğunu və içəridə heç kimin sağ qalma şansının olmadığını bildiriblər və əlavə ediblər: "Bütün bu məlumatlar hücumun sadəcə "dəqiq əməliyyat" olmadığını, maksimum məhv məqsədi ilə həyata keçirildiyini göstərir".
Tural
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı






.jpg)








.jpg)






.webp)












.jpg)


