Nida Xəbər
Sarkisyanın İlham Əliyevlə görüşdən sonra hazırladığı GİZLİ PLAN: 5 ay sonra HÜCUMA KEÇƏCƏK
2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa
vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq üçün
müxtəlif taktikalara əl atır.
Publika.az xəbər verir ki, oktyabrın 16-da Cenevrədə
Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları aparan
Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.
Ermənistan mediasının məlumatına görə, Sarkisyan baş nazir
Karapetyanla hakimiyyət bölgüsündə razılaşıb. Bölgüyə görə,
Sarkisyan baş nazir, Karapetyan isə baş nazirin birinci müavini
olacaq. Lakin Karapetyanın hökumətə rəhbərlik etmək səlahiyyəti
əlindən alınmayacaq. Sarkisyan isə baş nazir olaraq, daha çox
siyasi prosesləri idarə edəcək. Karapetyanın bu təklifə razı
olmasının səbəbi isə baş nazir olaraq Azərbaycan lideri ilə Qarabağ
danışıqlarını apara bilməməsidir.
Hazırda İrəvanda hakimiyyət bölgüsünün tamamilə başa çatdığı
deyilir. Lakin Sarkisyanın Karapetyana qarşı gizli planının olması
haqda da məlumatlar var.
Bir neçə gün öncə “Çorord İnknişxanutyun” qəzeti yazırdı ki, Karen
Karapetyanın ətrafında xüsusi taktika ilə gizli şəkildə intriqalar
şəbəkəsi hörülür.
“Serj Sarkisyan daxili strukturlara hücum etmək və baş naziri məhv
etmək tapşırığı verib. Sarkisyan Karapetyanı hər məsələdə ondan
asılı olacaq qədər zəiflətmək niyyətindədir. Bu planın son
mərhələsi 2018-ci ilin yazında başa çatmalıdır”, - deyə qəzet qeyd
edir.
Həmin vaxta təxminən 5 ay müddət qalıb. Bu müddətdə Karapetyana
ciddi hücumlar ediləcək. Artıq Sarkisyana yaxın mediasının baş
nazirin bacarıqsız olması və iqtisadi geriləmə haqda silsilə
yazılar dərc edir. Karapetyana həlledici zərbə isə məhz 2018-ci
ilin aprelindən öncə vurulacaq.
Ermənistan mediası qarşıdakı 5 ayda ölkədə ciddi siyasi
qarşıdurmaların yaşanacağını yazır. Xüsusilə Kremlin öz adamı
Karapetyana dəstək verəcəyi, lazım olacağı təqdirdə, İrəvanda
siyasi böhran yaradacağı qorxuları da var.
Asif
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB6 Noyabr 10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq












.jpg)























.jpg)
