• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ermənidən daha çox ‘erməni’ olan azərbaycanlı

  • Digər
  • 2 Fevral 2014 17:14
  • 2 112 Baxış
Ermənidən daha çox ‘erməni’ olan azərbaycanlı

Əfsələddin Ağalarov

Uşaq vaxtı televizorda dazbaş ermənini görəndə gecə qorxudan az qala yerimi isladacaqdım. Əslində, həmin vaxtlar mənim digər uşaqlara nisbətən az-çox hörmətə sahib olmağıma səbəb ilanboğan vaxtımdan yerimi heç vaxt islatmamağım idi. Həmin gecə bu stereotipi qırmamaq dazbaş erməninin gəlib gecə yarısı məni aparmasından daha vacib idi. Amma dazbaşın qışqırtısı və gic-gic gülüşü şəlpə qulaqlarıma (uşaq vaxtı daha böyük görünürdü) elə həkk olunmuşdu ki, sanki hər tərəfdən onun səsi hər an eşidilə bilərdi. Arabir yorğanın altına göz yetirir, yekəpər dazbaşın bapbalaca yerdə gizləndiyini zən edirdim.

Qorxu bədənimi elə bürümüşdü ki, saat əqrəbinin səsinin gecə səssizliyində ayaq səslərinə bənzəməsini ilk dəfə həmin gecə anlamışdım. Sanki dazbaş KPZ-də İsmayıldan oğurlanan və altında min rubl pulun yatdığı həmin botinkaları geyinib evin içində var-gəl edirdi.

Nəysə ki, bir neçə saat sonra səhərin açılması və səhərlə gələn səs-küy həm canıma düşən dazbaşın qorxusunu, həm də bu qorxudan yaranan digər mənasız səsləri kiritdi.

Səhərisi gün vaxt itirmədən başıma gələn hal-qəziyyəni anama danışdıqdan sonra o mənə qorxmağımın nə qədər mənasız olduğunu başa saldı. Sən demə dazbaş zabiti -“Fəryad” filmində erməni obrazını canlandıran aktyor Məlik Dadaşov imiş. Daha sonra mənə aydın oldu ki, təkcə dazbaş deyil, eyni zamanda əsirlikdə olan Xorenin gündəyməzinin kəsilməsindən narahat olan və hər dəfə zirzəmidən çölə ağlaya-ağlaya çıxan arvad da, min rubla görə dövlət sirrini yarımçıq açan erməni həkim də, evin zirzəmisinə gizlənmiş bir yığın insan da gerçək deyilmiş. Onların hamısı özümüzünkülər imiş. Bu həmin özümüzünkülərdir ki, başımıza gətirilən müsibətləri bu qədər gözəl ifadə edə bilmişdilər.

İllər keçsə də, mən hər zaman bu filmi izləyəndə bu qədər möhtəşəm düşmən olmağımızı bacaran bizləri dəfələrlə alqışlayıram. Çünki bizim məmləkətdə, ermənilərdən daha çox ermənilik etməyi bacaran və erməni olmağın əsl haqqını verməyə qadir olan insanlar var. Məsələn son günlər Tovuzun Əlibəyli kəndi yaxınlığında tutulmuş 77 yaşlı Mamikon Xocayanı sosial şəbəkələrdə müdafiə edənlər kimi.

Bu ağzıgöyçəklər iddia edirlər ki, kəşfiyyat-diversiya qrupunun bələdçisi Xocayanağıldankəm və qoca olduğu üçün təcili ölkəsinə təhvil verilməlidir. Hətta qanı bizdən olanlar sosial şəbəkələrdə bu qocanı təhqir edənləri insafsızlıq etməkdə də günahlandırıblar.

Amma onların unutduğu bir şey bütün gerçəkliyin hayqırtısıdır. Mən ilk dəfə dazbaşın qorxusu ilə gecə yata bilməyəndə təxminən 7 yaşım var idi. Həmin vaxtlar Mamikonyanın 62 yaşı vardı və o bir neçə il ondan əvvəl Xocalıda zorlanan, başı bədənindən ayrılan qız-gəlinlərimizi tələf edən ermənilərdən biri idi.

Nəzərə alsaq ki, Xocayan kəşfiyyatçı kimi Tovuzu əlinin içi kimi tanıyır, o zaman bu zatıqırığın Qarabağ müharibəsinin aktiv iştirakçısı olduğunu demək olar. Çünki hərbçidən başqa heç kəs kəşfiyyatıçılarla birlikdə düşmən ərazisinə keçməyə razılıq verib öz həyatını təhlükəyə atmaz. Deməli Mamikonyan ağzıgöyçəklərin bizə sırıdığı kimi o qədər də məsum və dəli biri deyil.

Mamikonyanın üz mimikasına bir dəqiqə nəzər yetirmək onun nə qədər kinli və düşmənə qarşı acımasız olduğunu anlamağa yetərlidir. Həm duruşu, həm davranış tərzi ilk gördüyüm dazbaş ermənidən heç nə ilə fərqlənmir. Yalnız budəfəki erməninin özümüzünkü deyil, gerçək olması fərqlidir.

İndi isə, Mamikonyan əsir düşdüyü məmləkətimizdə qolundan əməliyyat olunub və ən gec bir ay sonra ölkəsinə təhvil veriləcək. Nəticə olaraq, nə ona İsmayıl kimi işgəncə edildi, nə də Xoren kimi gündəyməzi kəsildi. Sağ-salamat xarabasına geri dönüb öz bildiyi tərzdə yaşayacaq.

Geridə isə ermənilik etməyi ermənilərdən daha yaxşı bacaran insanlar və məğlub psixologiyası ilə hərəkət edən bizlər qalırıq.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR