Paranormal
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Bu gün saat 9 radələrində “2012 TS4” asteroidi Yerə ən yaxın - 43 min km məsafədən keçdi. Bu, Yerlə Ay arasındakı məsafədən 10 dəfəyə qədər az idi.
Bunu Publika.az-a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.
O bildirib ki, asteroidin sürəti saatda 28 min kilometr, yəni 1 saniyədə 7.6 km sürətlə hərəkət etdirdi. Uzunluğu 40 metr, diametri 10 metr idi.
X.Mikayılovun sözlərinə görə, ilk dəfə olaraq Yerə bu qədər yaxın məsafədən keçən asteroid heç bir təhlükəyə səbəb olmayıb:
“Əvəlcə onun orbiti müəyyən edilməmişdi. Ona görə də elm adamları tərəfindən onun Yerlə toqquşması, sunami təhlükəsi yaratması ilə bağlı iddialar var idi. Heç bir hadisə baş vermədən asteroid sakit şəkildə Yerin yaxınlığından keçib getdi”.
Direktor müavininin sözlərinə görə, 2029-cu ildə daha bir asteroid Yerə bundan da yaxın məsafədən keçəcək: “Yerə bu qədər yaxın məsafədən asteroidin keçməsi nadir hadisədir. Adətən, asteroidlər milyon kilometr məsafədən keçirlər. 2029-cu ildə Yerdən 37 min km məsafədən bir asteroid keçəcək. Təqribi hesablamalar göstərir ki, 2050-ci ilə qədər asteroidin Yerlə toqquşması ehtimalı milyonda bir hesab edilir”.
Gülxar
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO