Obama: “Bir daha dünyaya gəlsəm, Beyons olmaq istəyirəm” - FOTO
Bizi izləyin

Qadın

Obama: “Bir daha dünyaya gəlsəm, Beyons olmaq istəyirəm” - FOTO

Amerikanın ən populyar iki qaradərili qadını - Mişel Obama və Beyons bir-birilərinə duyduqları heyranlığı hər fürsətdə dilə gətirirlər. Amerika prezidenti Barak Obamanın xanımı verdiyi açıqlamada Beyonsa olan heyranlığını bu sözlərlə ifadə edib: “Bir daha dünyaya gəlsəm, Beyons olmaq istərdim!”

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xanım Obama ona ünvanlanan “Birinci xanım olmasaydınız, nə olardınız?” - sualına heç düşünmədən “Beyons olardım!” – deyə cavab verib.

Mişel Obamanın bu sözləri sosial şəbəkədə müzakirələrə səbəb olsa da, pop ifaçı ilə aralarında olan dostluq münasibətləri daha da möhkəmlənib.

Xatırladaq ki, bu xanımların tanışlığı 2012-ci ilə təsadüf edir. Həmin il Beyons birinci xanıma olan sevgisini ifadə etdiyi açıq məktuba bu sözlərlə başlamışdı: "Afro-Amerika qadınlarının ən güclü və ən gözəl nümunəsi".

Müğənni birinci xanımı təvazökar, sevgi dolu və səmimi adlandırmışdı. Bu qeydi oxuyan Mişel Obama isə Beyonsa Twitter-də təşəkkür etmişdi.

Barak Obama ilə Beyonsun eşq dedi-qodusu

Xatırladaq ki, Obamanın 21 yanvar 2013-cü il tarixdə keçirilən andiçmə mərasimindən sonra ictimai yerlərdə belə bir dedi-qodu dolaşırdı. Buna, bəlkə də, andiçmə mərasimində milli himni Beyonsun səsləndirməsi səbəb olmuşdu. Çünki məhz həmin tədbirdən sonra Beyonsun Amerika prezidenti ilə sevgi münasibətləri dilə gətirildi. Lakin həmin vaxt hər iki tərəf bu məlumatı təkzib etdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm