Hamiləliyin qarşısını alan dərmanlar xərçəngin çarəsiymiş
Bizi izləyin

Qadın

Hamiləliyin qarşısını alan dərmanlar xərçəngin çarəsiymiş

Uzun illərdir ki, döş xərçənginə səbəb olduğu iddia edilən hamiləliyə qarşı dərmanların zərərli deyil, əksinə, faydalı olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, İngiltərənin Oksford Universitetinin professorları bu qənaətə gəlib. Onların apardıqları araşdırmalar göstərib ki, hamilələyin qarşısını alan həblər yumurtalıq və qalın bağırsaq xərçənginə yaxalnma riskini aradan qaldırır. Dərmanların faydası bununla da bitmir. Sən demə, həmin həblər sümük əriməsinin, döşlərdə yaranan xoş xassəli şişlərin də qarşısını almaqda təsirli vasitədirlər. Mütəmadi olaraq dərmanlardan istifadə edən qadınlarda menstruasiya zamanı qanaxma və ağrılar azalır. Sözügedən dərmanlar hormonlarda baş verən dəyişikliklərin səbəb olduğu sızanaq və cizvələrin də qarşısını alır.

Oksford alimləri bildirirlər ki, hamiləlik əleyhinə həblər sayəsində son 10 ildə 200 min qadın yumurtalıq xərçənginə yaxalanmaqdan xilas olub.

Qeyd edək ki, Oksford alimlərinin bu araşdırmasının nəticələri “The Lancet Oncology” adlı jurnalda nəşr edilib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm