Toydan əvvəl gəlinlərə 5 qadağa
Bizi izləyin

Qadın

Toydan əvvəl gəlinlərə 5 qadağa

1. Toya bir neçə gün qalmış qaralmaq: Dərinin təbii qaralıq əldə etməsi üçün bir neçə gün keçməlidir. Günəşə çıxmadan qaralmaq istəyirsinizsə, qaraldıcı məhsulları dərinizə toydan ən azı 3 gün əvvəl sürtməlisiniz.

2. Saç və makiyajı əvvəlcədən müəyyən edin: İnternetdən tapıb bəyəndiyiniz saç və makiyaj tərzi sizin üçün doğru seçim olmaya bilər. Toy günü əhvalınızı korlamaq istəmirsinizsə, seçdiyiniz saç və makiyajın yaraşıb-yaraşmadığını əvvəlcədən müəyyən etməlisiniz.

3. Parıltıda ifrata varmaq: Haylayteri ancaq almacıq sümükləri və qaşların altına, göz ətrafına, bir də sinə dekoltesinə çəkin. Alnınıza və burnunuza isə haylayter sürtməkdən çəkinin. İşıltıdan çox istifadə üzünüzü olduğundan parıltılı göstərəcək və təbii effekt vermədiyi üçün heç də yaxşı görünməyəcək.

4. Yeni trendləri sınaqdan keçirmək: Toy günündə ideal görünmək üçün, xarici görünüşünüzdə hər hansı mühüm dəyişiklik etməyə ehtiyac yoxdur. Əsas odur ki, dəriniz gözəl və təravətli görünsün.

Toya yaxın yeni saç kəsimi və ya saç rəngi uğurlu sınaq deyil. Radikal dəyişiklik istəyirsinizsə, bunu toydan ən az 3 ay əvvəl reallaşdırın.

5. Keyfiyyətsiz kosmetik məhsullar: Toy həyəcanı və rəqslər daha çox tərləməyə səbəb olur. Kosmetikanın axmaması üçün keyfiyyətli kosmetik məhsullardan istifadə etdin.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm