Qadın
Yazın manikür trendləri - FOTOLAR
Yeni mövsümdə manikür trendləri canlı rənglərdən və təsvirlərdən ibarətdir. Bu mövsüm geomerik naxışların dırnaqlarda yer aldığı sənətə “Nail Art” deyilir. Təbii rənglərdən əlavə 2014 yaz manikür trendlərə göz atmağa nə deyirsiniz?
Yarım ay manikürü - Olduqca feminen və eleqant görünən yarım ay manikür, 2014 yaz mövsümünün ən önəmli manikür trendlərindən biridir. Yarım ay manikürü adətən qırmızı rəngdə istifadə edilsə də, bu il rəngli versiyada qarşımıza çıxacaq.
Xallı manikür – Bu yaz xallı təsvirlər bütün geyim əşyalarını zəbt edib. Buna görə də, dırnaqlarda xallı təsvirləri görmək təəccübləndirici deyil. Bəzəkli dırnaqları sadə geyimləri darıxdırıcı olmaqdan xilas etmək üçün istifadə edə bilərsiniz.
Metal manikür - Metal trendi hər şeyi öz hakimiyyəti altına alıb dırnaqlara da təsir edib. Metal manikür 2014 yaz mövsümünün ən çox diqqət çəkən trendləri arasındadır. Metal dırnaqlardan başqa, fransız manikürünə də hazır olun.
Bənövşəyi manikür - Yazın əsas rəngi bənövşəyidirsə, bu, dırnaqlarda da özünü göstərəcək. Bənövşəyi yaz mövsümündə dırnaqları da bəzəyəcək.
Ağ manikür - 90-cı illərin dəb küləyi bu mövsüm özünü göstərəcək. Ağ boyalı dırnaqlar baharın tarəvətini özündə əks etdirəcək. Ağ dırnaq boyası ilə qaralmış dəri mükəmməl görünür.
Neytral tonlar - Açıq rənglər: zərif yaşıl, incə çəhrayı, süd və rəngin çalarları dırnaqlarda da öz sözünü deyəcək. Belə ki, dırnaqları təbii göstərən dırnaq boyaları da dəbdə olacaq.
Publika.Az
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı