Qadın
Bu jaketlər çox dəbdədir - FOTOLAR
Jaket qadın qarderobunun həm rahat, həm də eleqant geyim əşyasıdır. Ciddi üslubun əsas elementi olan pencəklərdə gəzmək bəzən bizi sıxır. Jaket bizə özümüzü daha azad və sərbəst hiss etdirən əla seçimdir. Həm də canımızı isti saxlayır. Bu gün də yaz mövsümünün əvəzolunmaz jaket dəbi haqqında məlumat verəcəyəm.
Jaketləri kəmərlə birləşdirin - Əgər jaketin belinizin incəliyini vurğulamağa qoymadığını düşünürsünüzsə, bunu kəmərlə bərpa edə bilərsiniz. Belə ki, jaketin üstündən kəmər taxaraq, belinizin qum saatı kimi görünməsini təmin edə bilərsiniz. Kəmər jaketlə eyni tonlarda olarsa, daha zərif görünərsiniz.
Bol kəsimli jaketlər - Bol kəsimli jaketlər geyinin. Bu jaketlər həm çox əlverişlidir, həm də cinslərlə əla qalır. Donlarla da geyinə bilərsiniz. Daha böyük jaketləri manto məqsədi ilə də geyinə bilərsiniz.
Uzun jaketlər - Uzun jaketlər də seçə bilərsiniz. Bu jaketləri qısa ətək və şortlarla geyinərək geyimi tarazlaşdıra bilərsiniz.
Jaketləri köynəklə birləşdirin - Ağ rəngli düyməli köynəyi jaketlə birləşdirin. Bu stilə qələm ətək də əlavə etsəniz, dəbli iş xanımı obrazı ilə hər kəsi özünüzə heyran qoyacaqsınız.
Asqılı donlar - Sərin havalarda jaketi asqılı donlarla dəyərləndirin. Xüsusən də straples donlarla jaketlər çox əla qalır. Ofisdə isə qolsuz düz geyimlərlə uyğunlaşdırın.
Şərflər - Şal və şərf kimi parçalarla da sınaqdan keçirə bilərsiniz. Romantik üslubu sevənlər jaketləri təsvirli baş lentləri və yaylıqları ilə uyğunlaşdırmaq imkanına malikdir.
Bilərziklər - Jaketin qolunu bilərzik piramidası bəzəyin.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu