• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ev təmizliyində karbonatın inanılmaz faydaları

  • Qadın
  • 18 Aprel 2014 13:33
  • 702 Baxış
Ev təmizliyində karbonatın inanılmaz faydaları

Karbonatın faydalarını saymaqla bitmir. Ancaq bu yazıda karbonatın ev təmizliyində olan faydaları haqqında məlumat verəcəyəm. Ev təmizliyində karbonatdan istifadə etmək həm asan, həm də faydalıdır. Belə ki, kirləri inanılmaz dərəcədə aparır.

Mətbəx ləvazimatlarını təmizləyəndə karbonat tozu və limon suyundan faydalanın. Mükəmməl təbii təmizləyici olduğu və tərkibində kimyəvi maddələr olmadığı üçün yemək qabları və alətlərini rahatlıqla yuya bilərsiniz.

Dolablarda rütubət qoxusu varsa və naftalin istifadə etməyi xoşlamırsınızsa, kiçik qaba bir miqdar karbonat qoyun və ağzı açıq şəkildə dolaba qoyun. Qoxu tamamilə yox olacaq.

Çanağınız tıxanıbsa və kimyəvi maddə olmadan onu açmaq istəyirsinizsə, bir stəkan karbonatı çanaq dəliyinə tökün. Üzərinə bir stəkan sirkə əlavə edib ardından 2 litr qaynamış su boşaldın. Bu zaman çanaq açılacaq.

Xalçalarınızı nə qədər silib-süpürsəniz də, bir müddət sonra ətrafa pis qoxular yayır? Bu qoxudan da karbonat yardımı ilə xilas ola bilərsiniz. Xalçanın hər yerinə karbonat səpin. 2 saat gözlədikdən sonra xalçanı süpürün. Xalçada qoxulardan əsər-əlamət qalmayacaq.

Yumşaq mebellərə ya da geyimlərə yağ damcılayıbsa, sabunlu bezlə silməyin. Bunun yerinə həmin yağlı hissəyə karbonat səpin və bir az nəmləndirin. Karbonat su ilə birləşdiyi zaman kiri inanılmaz dərəcə təmizləyir. Ləklə 1 saatdan sonra yox olacaq.

Gümüşləri də karbonatla təmizləyə bilərsiniz. Bu zaman qaralmış gümüşlərin açıldığını görəcəksiniz. Eyni zamanda gümüş əşyaların paslanmaması üçün karbonatla ova bilərsiniz.

Soyuducudakı pis qoxulardan şikayət edirsinizsə, bir kasaya karbonat tozu qoyub bir küncə yerləşdirin. 4-5 gündən bir karbonatı qarışdırın. Bir müddət sonra qoxu yox olacaq. Həmçinin meyvə və tərəvəzlərin daha dayanıqlı olduğunu görəcəksiniz.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR