Dünyanın ən zövqlü xanımından möhtəşəm moda nümayişi - FOTOLAR
Bizi izləyin

Qadın

Dünyanın ən zövqlü xanımından möhtəşəm moda nümayişi - FOTOLAR

Keyt Middletonun həyat yoldaşı və oğlu ilə çıxdığı Krallıq səfəri sona çatıb. 19 gün davam edən Yeni Zenlandiya səfəri və Avstraliya gəzintisi zamanı bir-birindən gözəl geyimlər geyinən Keytin qarderobunun dəyəri təxminən 65 min dollar təşkil edib. Səfərə qırmızı “Catherine Walker” imzasını daşıyan qırmızı militari (hərbi stil) bir manto ilə başlayan Keyt, son gün “Michael Kors”dan tvid parçadan tikilən palto geyinib. Publika.az-ın qadın bölməsi bu gün Keyt Middletonun səfər zamanı geyindiyi geyimlərin təhlilini və qiymətlərini açıqlayacaq.

1-ci gün - Keyt Middleton səfərin birinci günü “Catherine Walker” imzasını daşıyan qırmızı militari üslubunda bir manto seçmişdi. Mantonon dəyəri isə 2521 dollar idi. Mantosunu “Gina Foster”-dən Pillbox modeli papaqla tamamlamışdı. Ayaqqabıları “Emmy Shoes”-dən idi.

2-ci gün - Keyt Middletonun ikinci seçimi “Toru Burch” adını daşıyan don oldu. Bu paltarın qiyməti isə 340 dollar idi.

3-cü gün - Keyt Middleton 3-cü gün “Alexander McQueen” -dən mavi rəngli manto seçmişdi. Bu mantonun qiyməti isə 2639 dollardır. Ayaqqabıları da eyni markaya aid idi.

3-cü gün - Keyt Middleton axşam yeməyində çox sevdiyi bir markadan geyinmişdi. Belə ki, onu son dərəcə zərif göstərən qara libası “Jenny Packham”-dan idi. Bu libasın dəyəri isə 5200 dollar idi.

4-cü gün - Keyt Middleton 4-cü gün “Zara” bleyzer və favorisi “J-Brand”-dan dar cins geyinmişdi. Zara-dan olan pencəyin dəyəri 200 dollar idi. Geyimi əvvəllər tez-tez geyindiyi “Stuart Weitzman Corkswoon” tanketka ayaqqabıları ilə tamamlamışdı.

5-ci gün - Yeni Zenlandiya səfərində geyindiyi yaşıl mantosu Türkiyənin “Erdem” brendinə məxsusdur. Qiyməti isə 2961 dollar dəyərindədir.

6-cı gün - “Emilia Wickstead” adını daşıyan mavi qırçınlı donu və “Jane Taylor” papağı ilə rəng çalarlarını nə qədər yaxşı tanıdığını bir daha sübut edir. Donun qiyməti 2013 dollardır.

7-ci gün - “Zara”-dan olan pencəyini ikinci dəfə geyinən Keyt Middleton altına “Gap”-dan olan köynək geyinmişdi. Köynəyin dəyəri 50 dollardır.

8-ci gün - Kriket oyununa “Luisa Spagnoli”-dan peplum donu xatırladan qırmızı ətək və pencəkdə gəlmişdi. Görüntüsünü “Angel Episode” ayaqqabılarla tamamlamışdı. Bu dəstin qiyməti isə 830 dollardır.

9-cu gün - Keyt Middleton Yeni Zenlandiyaya “Rebecca Taylor” –dan tvid parçadan tikilən dəsti ilə vida etmişdi. Bu dəstin dəyəri isə 1080 dollardır.

Avstraliya səfəri 1-ci gün - Avstriya səfərinin ilk günü “Roksanda Ilincic” dan olan sarı don seçmişdi.

2-ci gün - Sonrakı gün mavi-ağ naxışlı “Diane von Furstenberg”-dan olan avenlop don geyinmişdi. Qiyməti isə 325 dollardır.

3-cü gün - Sahildəki ziyafətə Keyt Middleton “Zimmermann Roamer” -dan olan bir libas seçmişdi. Bu libasın qiyməti isə 495 dollardır.

4-cü gün - Keyt Midlletonun səfəri zamanı ən çox bəyənilən ağ, üzərinə mavi çiçək təsvirləri ilə diqqət çəkən” LK Bennett”-dən olan donu idi. Qiyməti 411 dollardır.

5-ci gün - 5-cü gün “Alexander McQueen” -dən manto geyinmişdi. Açıq boz rəngli mantonun dəyəri 2637 dollardır. Papaq isə yenə “Jane Taylor”a məxsusdur.

6-cı gün - Keyt Middletonun sevimli markası “Alexander McQueen”-dır. Elə ona görə də, 6-cı gün yenə bu markanın imzasını daşıyan libas geyinmişdi. Qiyməti isə 3935 dollardır.

7-ci gün - Parlaq rənglərdən qorxmayan Keyt 7-ci gün yaşıl rəngli manto geyinmişdi. Manto “Catherine Walker” imzasını daşıyır.

8-ci gün - Keyt Middleton Avstraliyaya və Krallıq səfərinə “Michael Kors” -dan olan mantosu ilə vida edir. Qiyməti 2995 dollardır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm