Yayın manikür dəbi - FOTOLAR
Bizi izləyin

Qadın

Yayın manikür dəbi - FOTOLAR

2014-ün yaz və yay aylarında təbii görünən hər şey dəbdədir. Manikür dəbində də eyni vəziyyətdir. Dırnaqlar az bilinən, şəffaf və parıltılı dırnaq boyaları mövsümün trendlərinə daxildir. Yay mövsümünə yaraşan rənglər arasında əsasən süd, karamel, incə çəhrayı və başqa açıq tonlar var.

Qısa dırnaqlar - Dırnaqlarnızı uzada bilmirsinizsə, narahat olmayın. Çünki bu mövsüm dünya ulduzları qısa dırnaqlara üstünlük verir. Qısa dırnaqlara çəhrayının açıq tonları çox yaraşır.

Zərif dırnaqlar - Nə çox uzun, nə də çox qısa dırnaqlar bu mövsüm dəbədir. Oval formasında uzadılan dırnaqlarda açıq tonlar mükəmməl görünür. Dırnaqları bu ilin yüksələn rənglərindən olan şaftalı tonları ilə bəzəyə bilərsiniz.

İti uclu dırnaqlar - İti uclu dırnaqları açıq tonlarda olan dırnaq boyaları ilə bəzəyərək, onlara yumşaq göstərə bilərsiniz. Çünki iti uclu iddialı dırnaqlara tünd rənglər yaraşmır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm