Qocaldıqca gözəlləşən qadınlar - FOTOLAR
Bizi izləyin

Qadın

Qocaldıqca gözəlləşən qadınlar - FOTOLAR

Dünya ulduzları yaşları artdıqca daha gənc görünməyə can atır və bunun üçün əlindən gələni edirlər. Lakin onların bəziləri zamanla cavanlıq səhvlərini nəzərə alır, öz güclü tərəflərini vurğulamağı öyrənirlər. Vaxtın bizim əleyhimizə işlədiyini düşünürsünüzsə, yanılırsınız. Çünki dünya ulduzları arasında elələri var ki, illər keçdikcə cavanlaşır.

Publika.Az-ın qadın bölməsi illər keçdikcə cavanlaşan dünya ulduzları haqqında kiçik araşdırma aparıb. Siyahıda aşağıdakı qadınlar yer alıb:

Viktoriya Bekham - Viki bu gün stil ikonası sayılsa da, əvvəllər onun geyim üslubunda bir çox qüsurlar olub. Belə ki, ulduz özünün geyim brendini yaratsa və modelyer kimi fəaliyyət göstərsə də, keçmişdə özünə yaraşan geyim seçməkdə xeyli çətinlik çəkib. Sinəsi balaca olduğu üçün sinə dekoltesi ona qətiyyən yaraşmırdı. Makiyaj və saç düzümündə ciddi səhvlərə yol verirdi. Bu gün isə Viktoriyanın özünəməxsus stili var və o, demək olar ki, qüsursuz görünür...

Sara Cessika Parker - Sara öz üslubunu bu yaxınlarda tapıb. O da bir vaxtlar geyim seçimində kifayət qədər səhvə yol verib. Şərab rəngli pomadası nələr bahasına başa gəlib...

Dita Fon Tiz - Aktrisa və rəqqas pin-up stilinin ən sadiq nümayəndəsidir. Lakin Dita zamanla alt paltarları xatırladan seksual geyimlərdən imtina etməyə başladı. İlk növbədə, sarışın gözəlçə saçlarının rəngini dəyişdi...

Qven Stefani - Qven Stefanı əvvəllər bütün tədbirlərdə mavi saçları və qəribə geyim tərzi ilə hər kəsi təəccübləndirirdi. Qısası, özünü bacardığı qədər məhv edirdi.

Şükürlər olsun ki, 44 yaşlı müğənni zaman keçdikcə öz geyim stilini müəyyənləşdirməyə nail oldu və normal insan kimi geyinməyə başladı.

Bu gün Qven Stefani yaşından 15 yaş daha gənc görünür...

Yuliya Saviçeva - “Ulduz fabriki” yarışmasında Yuliya əsl “paçan”ı xatırladırdı. Cırıq və enli cinslər heç də gözəl görünmürdü...

Böyüdükcə Yuliya gözəlliyinin qeydinə qalmalı olduğunu dərk etdi və üslubunu tamamilə dəyişdi...

Cennifer Lopez - Ceylo günü-gündən gözəlləşir. Bu məsələdə isə ona düzgün makiyaj texnikası kömək edir. Düzgün saç düzümü və geyim onu olduğundan gənc göstərir. Ulduz bu illər ərzində gözəlliyini üzə çıxarmağı öyrənib...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm