Dəbin dəyişməyən 6 qaydası - FOTOLAR
Bizi izləyin

Qadın

Dəbin dəyişməyən 6 qaydası - FOTOLAR

Yeni mövsüm və təbiətlə birlikdə geyimlərimiz də dəyişir, hətta yeməklərimiz də. Amma dəyişməyən bir neçə məqam var ki, hər mövsümdə köməyimizə gəlir.

Qara paltarlar – Düzgün seçilmiş paltar sizi hər yerdə xilas edən gücə malikdir. Üstəlik sadə biçilibsə.... Stiletto ayaqqabılar və ona uyğun bir çanta ilə eleqant və zövqlü stilə çevirə bilərsiniz. Yaxud da düz ayaqqabı və klassik pencəklə ofis stilinə çevirə bilərsiniz.

Plaşlar – Sadə və tək rəng plaşınız varsa, bir çox geyimin üzərində eleqant dayanan alternativiniz var. Materialın mövsümə uyğun olmasına fikir verin.

Midi ətəklər – Düz kəsim ətəkləri eyni çəkidə qaldığınız müddətdə istilən vaxt geyinə bilərsiniz. Üstün isə istənilən üslubda geyinmək şansına maliksiniz.

Kiçik qara çantalar – Ağır, qara, dəri çantaları getdiyimiz hər yerə aparmaq olar. Bütün geyimlərlə uyğun olduğu üçün ən çətin anda bizi xilas edə bilir.

Hündürdaban parıltılı ayaqqabılar – Parıltılı, eleqant, klassik ayaqqabılar qadınların ayaqlarını bəzəməyə davam edir. Geyimə uyğun ayaqqabı tapmayanda bu ayaqqabılar imdanınıza çatacaq.

Cinslər – Qarderobun əvəzolunmaz ən qədim geyim əşyası cinslərdir. Cins parçadan tikilən istənilən geyimi illər sonra da geyinə bilərsiniz.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm