İdman edən qadının üzündə makiyaj olmamalıdır
Bizi izləyin

Qadın

İdman edən qadının üzündə makiyaj olmamalıdır

İdman edərkən üzdə makiyaj olmamalıdır.

Mütəxəssislər idman etməzdən əvvəl makiyajı təmizləməyi tövsiyə edir. İdman edərkən üzünüzdə tonal krem, ya da kirşan kimi kosmetik vasitələr olmamalıdır. Əks halda qara nöqtələrin və sızanaqların yaranmasına gətirib çıxaracaq. İdman etməzdən əvvəl makiyajı təmizləmək şərtdir.

İdman edəndə tərləyəcəyiniz üçün makiyaj artıqları dərinin alt təbəqəsinə qədər hopur. Kirpiklərinizə çəkdiyiniz tuş aşırı olduğu halda gözünüzə düşə bilər.

İdmanla məşğul olan adamın ənlik çəkməsi çox məntiqsizdir. İdman etməzdən əvvəl üzünüzə tərkibində sulfat olan kosmetik vasitələr çəkməyin. Çünki sulfat tərkibli məhsullar dərini qurudur və qabıq verməsinə gətirib çıxarır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm