Kişilərin heyran olduğu Adriana sirlərindən danışdı – FOTOLAR
Bizi izləyin

Qadın

Kişilərin heyran olduğu Adriana sirlərindən danışdı – FOTOLAR

Adı dünyanın ən gözəl insanları siyahısında yer alır, “Victorias Secret”-in mələklərindən biridir, dəfələrlə dünyanın ən seksual qadını seçilib. Vaxtı ilə rahibə olmaq fikrinə düşsə də, sonradan təbiətin ona bəxş elədiyi nadir gözəlliyi gizlətmək fikrindən imtina edib. Damarlarında Brazilya, fransız, portuqal, amerika hindularının qanı axır. Bu gün isə 2 uşaq anası olan modelin 34 yaşı tamam olur. Publika.az bu münasibətlə modelin “Vogue” jurnalına verdiyi müsahibəni təqdim edir.

Həmin müsahibəsində cazibədar model həyatı, gözəllik sirləri və qüsursuz stilindən danışıb.

- Son illərdə moda dünyasında baş verən hansı hadisə sizin qəlbinizdə dərin iz buraxıb?

- “Jason Wu”, “Givenchy” və “Balmain” moda evlərinin son kolleksiyaları mənim çox xoşuma gəlir. Onların mağazaları çox möhtəşəmdir. Alış-veriş etdiyim mağazaların siyahısına onlar liderlik edir.

- Sizin kosmetika dəstiniz və baza qarderobunuz nədən ibarətdir?

- Əyində yaxşı oturan qısa qara paltarlar və yığcam çantalar qarderobumun əvəzsiz geyimləridir. Makiyaja gəldikdə, mən özümü dodaq boyası olmadan təsəvvür etmirəm.

- Yeniyetmə çağlarınızda hansı üsluba üstünlük verirdiniz?

- Daha çox çimərlik geyimləri geyinirdim.Braziliyada böyümüşəm, orda isə həmişə isti olur. Ona görə də özümü rahat hiss etdiyim yüngül geyimlərə üstünlük verirdim. Qısa şortlar, səndəllər, futbolkalar gündəlik üçün çox rahatdır. Lakin o vaxtdan mənim üslubum inkişaf edib və dəyişib.

- Hansı iy uşaqlıq illərin ilə assosiasiya olunur?

- Okean qoxusu.

- İdeal bədən quruluşunu qoruyub saxlamaq üçün hansısa sirriniz var?

- Mən artıq neçə ildir boksla məşğul oluram. Arıqlamaq üçün edilən məşqlər az əhəmiyyət daşıyır, mənim mənəvi inkişafım, idmanın verdiyi gümrahlıq daha vacibdir.

- Xüsusi pəhriziniz haqqında danışın.

- Təəssüf ki, yoxdur. Arıq qalmaq üçün sadəcə olaraq özünə az yeməyə dair söz verməli və öz üzərində çox işləməlisən. Burada hansısa sirdən söhbət gedə bilməz.

- Siz hansı filmin qəhrəmanı olmaq istərdiniz?

- Mən “Superqadın” və “Pişik qadın” filmində oynamaq istərdim.

- Siz hansı xüsusi istedada malik olmaq istərdiniz?

- İnsanlara havayı şəfa vermək.

- Ən çox sevdiyiniz bayram hansıdır?

- Milad və Yeni il. Bu, ailən ilə birlikdə gözəl vaxt keçirmək, onların yanında olmasına şükür etmək üçün ideal zamandır.

- Bayramda hansı hədiyyəni almaq istərdiniz?

- Bir az boş vaxt.

- Sizin xoşbəxtlik talismanınız var?

- Bəli, onlar mənim qızlarımdır.

- Son dəfə kimin şəklini çəkmisiniz.

- Qızlarımın.

- Ən bəyəndiyiniz yemək hanısıdır?

- Suşi.

- Bəs, desert?

- Şokolad.

- Heç vaxt olmadığınız, amma getmək istədiyiniz yer var?

- Düşünürəm ki, Asiyanın cənubunda olmaq istərdim.

- Siz hansı şəhəri çox sevirsiniz?

- Paris və Nyu-York. Hər ikisi həyəcan və enerji ilə doludur.

- Parisə gedən kimi ilk gördüyünüz iş nə olur?

- Əlbəttə ki, kruassan yeyirəm!

- Hansı qida məhsullarını yeyir, hansıları zərərli hesab edirsiniz?

- Mən öz bədənimə hörmətlə yanaşmağa çalışıram, həm də yediklərimə fikir verirəm. Heç nə ilə özümü məhdudlaşdırmaq istəmirəm, ancaq heç nədən də sui-istifadə etmirəm.

- Hansı heyvan olmaq istərdiniz?

- Bu, yəqin ki, uça bilən və üzən hansısa heyvan ola bilər.

- Sizin ən cəsarətli obrazınız?

- Dəb tendensiyalarına əməl etmək xoşuma gəlir, ancaq bu, geyinilə bilən və rahat olmalıdır. Ən cəsarətli obrazım yəqin ki, 2013-ci ildə CFDA mərasiminə geyindiyim “Givenchy” və “Riccardo Tisci”-dən olan paltarım idi.

- Nəyi heç vaxt geyinməzsiniz?

- Özümü narahat hiss etdiyim heç nəyi geyinmərəm.

- Kimi ikona hesab edirsiniz?

- Merilin Monro, Sofi Loren kimi əfsanəvi dəb ilahələrini çox bəyənirəm.

- Kimsəsiz adaya düşsəniz, özünüzlə nələri apararsınız?

- Qızlarımı, kitablarımı və gözəl geyim... Uzun müddətli səfərlərimdə özümlə bunları götürürəm.

- Uşaqlıqda hansı peşə sahibi olmaq istərdiniz?

- Həkim.

- Dinlədiyiniz üç mahnının adını çəkə bilərsiniz?

- Calvin Harris - Blame It, Disclosure - Latch, Fireball - Pitbull & Enrique Iglesias.

- Siz hansı kompozisiyanı öz həyatınızın saundtreki adlandırarsınız?

- Pharrell Happy.

- Siz 10 ildən sonra özünüzü harada görürsünüz?

- Ah, əlbəttə ki, moda aləmində.

- Həyat şüarınız nədir?

- Gözəl həyat yaşamaq!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm