Bu gün ixtisas seçimi başa çatır - TQDK
Bizi izləyin

Qırmızı.az

Bu gün ixtisas seçimi başa çatır - TQDK

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa çatacaq.

Komissiyadan Publika.az-a verilən məlumata görə, ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34749 abituriyent, V ixtisas qrupu üzrə isə 8338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

TQDK abituriyentlərə xəbərdarlıq edir ki, onlar müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə, abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm