Əli Kərimlinin əmisi oğlundan İŞİD-ə Azərbaycan dəvəti: “XOŞ GƏLİRSƏN”
Bizi izləyin

Qırmızı.az

Əli Kərimlinin əmisi oğlundan İŞİD-ə Azərbaycan dəvəti: “XOŞ GƏLİRSƏN”

AXCP sədri Əli Kərimlinin hazırda Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov sosial şəbəkədəki şəxsi profilində radikal dini və terrorçu təşkilat olan İŞİD-in fəaliyyətinə haqq qazandıran status paylaşıb.

Publika.az-ın məlumatına görə, İ.Kərimov yazıb ki, İŞİD-in törətdiyi terrorçu əməllər doğrudur: “İŞİD heç də hər adamın başını kəsmir. İŞİD 5 manata sifarişlə məhkəmə zalini dolduranların başını kəsir. İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir. İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir. Və düşünürəm ki, düz də edir. Əgər belədirsə onda Azərbaycana XOŞ gəlirsən İŞİD...”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm