Bartında millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması olub
Bizi izləyin

Qırmızı.az

Bartında millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması olub

Bartın Universitetində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın kitablarının təqdimat-imzalanma mərasimi keçirilib.

Təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu Türkiyə türkcəsində nəşr olunan "Hocalı Soykırımı tanıkların dili ile", “ Məndən sonra…”, “Səndən sonra…”, “ O…” “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” , "Hesab vaxtı", "Kıbrıs və Kıbrıs türkləri" və digər kitabları təqdim olunub.

Millət vəkili Qənirə Paşayeva kitablarının qardaş Türkiyənin Bartın universitetində təqdimat-imzalanma mərasiminin keçirilməsindən çox məmnun olduğunu deyib və ona dəyərli oxucularla belə gözəl bir görüş imkanı yaratdıqları üçün universitetin rəhbərliyinə təşəkkür edərək kitablarının nüsxələrini universitetin rəhbərliyinə və kitabxanasına da hədiyyə edib. Bartın Universitetində təşkil edilən təqdimat-imza mərasimində iştirak edən kitabsevərlər, oxucular, gənclər müəllifin imzası ilə kitablar əldə ediblər.

Tələbələrlə yanaşı Universitetin professor və müəllim heyəti də sevdikləri kitabları müəllifin imzası ilə əldə ediblər. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb və imzalanmada iştirak edən bəzi gənclər müəllifin imzası ilə albomları da əldə edə biliblər. Müəllif kitabsevərlərlə xatirə şəkilləri də çəkdirib. Millət vəkili Qənirə Paşayeva biıldirib ki, yaxın günlərdə onun Türkiyədə Türkiyə türkcəsində “Yitirdiyim mutluluk” və “Yalnızlık alın yazımdır” adlı iki kitabı çıxacaq və Bartında gənclərə söz verib ki, mütləq həmin kitabların da təqdimat və imzalanmasının Bartında da olmasına çalışacaq və imzası ilə onlara hədiyyə edəcək.

Millət vəkili Qənirə Paşayeva Bartında oxucular tərəfindən bu cür gözəl münasibətə cavab olaraq onlara söz verib ki, yaxın zamanlarda nəşr olunacaq “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabının növbəti hissəsində Bartın ilə bağlı da çox geniş yazısı da öz əksini tapacaq və Azərbaycanlı oxucular bu gözəl bölgəni, onun gözəl insanlarını daha yaxından tanıyacaqlar. "İnanıram ki, o kitabı oxuyan hər kəs mütləq Bartınnı daha yaxından tanıyacaq. Bartının qəlbimdə özəl bir yeri var və yeni kitabımda Bartınya xüsusi yer ayırmam mənim ona sevgimin bir örnəyidir", - Q.Paşayeva deyib. Bartınlı oxucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabı maraqla gözləyəcəklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm