Tullantılar arasından silah-sursat tapıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Tullantılar arasından silah-sursat tapıldı - FOTO

Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantılar arasından silah-sursat aşkar olunub.

Bu barədə Publika.az-a “Təmiz Şəhər” ASC-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri dekabrın 2-də polisə təhvil verilib.

“Təmiz Şəhər” ASC-in polisə təhvil veridyi silah-sursat hissələri bunlardır:

1) 27 ədəd 5.45 çaplı patron

2) 58 ədəd 7.62 çaplı patron

3) 34 ədəd kiçik çaplı patron

4) 2 ədəd avtomat darağı

5) 1 ədəd F1 əl qumbarasının korpusu

6) 1 ədəd optik nişangah

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-ə aid tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssiəsələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan əşyalar aşkarlandıqda aidiyyəti qurumlara təhvil verilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm