• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Söyüşə görə dostunu doğradı

Söyüşə görə dostunu doğradı

Xırdalanda yerləşən çay evlərindən birində bıçaqlanma hadisəsi baş verib.

Axar.az-ın məlumatına görə, 26 yaşlı Əliyev Bahadur Etibar oğlu aralarında yaranan mübahisə zəminində tanışı Ruspeykor Orxan Rüfət oğluna bıçaq zərbəsi yetirərək hadisə yerindən qaçıb.

Polisin araşdırmalarından sonra saxlanan B.Əliyev törətdiyi cinayəti etiraf edib.

O ilkin ifadəsi zamanı hadisə baş verən gün çay evinə gedərək Orxanla söhbət etmək istədiyini, ancaq Orxanın yanında olan dostlarının söhbət etmələrinə mane olduğunu bildirib.

Daha sonra çay evində Bahadurla Orxan arasında dava düşüb və Orxan onun ünvanına nalayiq ifadələr işlədib.

Təhqirlərə dözə bilməyən Bahadur Orxana 3 bıçaq zərbəsi yetirib. Yaralı hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb.

Saxlanılan Bahadur Əliyev törətdiyi əməldən peşman olmadığını bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126-cı maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.

Araşdırmalar davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR