İTV-dən Anar Yusifoğlu barədə RƏSMI AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

İTV-dən Anar Yusifoğlu barədə RƏSMI AÇIQLAMA

Tanınmış telejurnalist Anar Yusifoğlunun İctimai Televiziyada yeni vəzifəyə təyin olunması xəbəri təsdiqləndi. Tanınmış aparıcı artıq bu gündən etibarən yeni işinə başlayıb.

İTV-dən Publika.az-a verilən xəbərə görə, A.Yusifoğlu İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

Anar Yusifoğlu İctimai Televiziya yaranan gündən - 2005-ci ildən 2013-cü ilin sentyabr ayına qədər İctimai Televiziyada Analitik proqramlar departamentinin rəhbəri olub. 2013-cü ildə yeni baş direktor seçiləndən sonra öz ərizəsi ilə tutdugu vəzifədən azad edilib.

Anar Yusifoğluya İTV-də vəzifə verilməsi barədə xəbəri ilk olaraq axar.az saytı yayıb.

Qeyd edək ki, İTV-nin İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktoru vəzifəsi 2013-cü ildən boşdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm