• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bürclər necə qocalır?

  • Qoroskop
  • 18 Dekabr 2014 13:29
  • 929 Baxış
Bürclər necə qocalır?

Publika.az hər bir zodiak işarəsinin necə qocalmasını təqdim edir.

Qoç – yaşına fikir verməməyə çalışır. Onlar yalnız bir anla yaşayır və sabah nələrin baş verəcəyi haqda düşünmürlər. Qoçların gümrah ruhu gənclik yaşından qocalanadək davam edir. 60 yaşlı Qoç müasir saç düzümündə gəzməsə belə, bu, o demək deyil ki, onun motosiklə olan marağı da azalacaq. Əksinə, Qoç motosikli əvvəlki illərdəki həvəs və dəliqanlı enerji ilə idarə edəcək.

Buğa – bu bürcün nümayəndələri yeməyi çox sevirlər. Bununla belə, Buğalar illər keçdikcə kökəlməyə meylli olmur. İllər keçdikcə tərs Buğa daha zirək varlığa çevrilir. Bu, həm psixoloji, həm də fiziki mənada belədir. Bundan əlavə, Buğalar dözümlü olduqlarından xəstəliyə əhəmiyyət vermir, elə buna görə də, çox vaxt uzun ömür yaşayırlar.

Əkizlər – gənc yaşlarından qarşılarına məqsəd qoyur və illərlə sürətlərini azaltmadan hədəfə doğru gedirlər. Əkizlər bürcünə məxsus olan insanın işdən evə tez gəlməsini gözləməyin. Hətta onları yaşlı vaxtlarında da evdə dincələn, sobanın yanında qızınan görə bilməzsiniz. Onlar təqaüdə çıxana kimi karyeralarına davam edirlər. Hələ imkanları olsa, Əkizlər təqaüd yaşında da işləyərlər.

Xərçəng – bu bürcün nümayəndələri 2 cür olur: heç zaman qocalmayanlar və qocalanda Tereza ana kimi ətrafında olan insanların qayğısına qalmağı sevənlər. Şirlər kimi, Xərçəng bürcünün nümayəndələri də ətrafdakı insanların onların “ağ saçlarına” hörmət etməsini istəyirlər. Xərçənglərdən bir çox nəvələrin arzuladığı əla “klassik” nənə və babalar çıxır.

Şir – təbiətən təkəbbürlü və təmkinlidir. Bu xüsusiyyətlər illər keçdikcə daha da güclənir. Onlar qocalıqda daha sakit, qəddar və vüqarlı olurlar. Şirlər qocaldıqca nüfuzları artır və onlar hamıdan hörmət tələb edirlər.

Qız – bu bürcün nümayəndələrinin yaşı artdıqca ətrafdakı dünyanı neqativ qarşılayırlar. Onlar yaxşı formada qalmağı və sağlam düşüncədə olmağı xoşlayırlar. Qızlar daim beyin fəaliyyətini təkmilləşdirməklə məşğuldurlar. Ona görə də, qocalıqda bir qədər sərt, lakin ağıllı və olurlar.

Tərəzi – hər zaman xarici görkəminin qeydinə qalır. Ona görə də, artıq kiloqram və üzdəki qırışlardan azad olmaq üçün bütün vasitələrə əl atır. Adətən bu, onlarda alınır. Hətta Tərəzinin 80 yaşı olanda belə o, ətrafdakı insanları özünün 40 yaşında olmasına inandırmağa çalışır.

Əqrəb – qocaldıqca daha da əzəmətli olur. Bu bürcün təmsilçiləri özlərini illər boyu müdrikləşən filosof olduqlarını düşünürlər. Əslində, elə belədir ki, var. Lakin təəssüf ki, yaşlı Əqrəblər çox zaman şəxsi məqsəd və etiqadlarına əsir olurlar. Onlar hətta “qırsaqqız” olacaq qədər bağlana bilirlər.

Oxatan – Qoçlar kimi, Oxatanlar da qocalıq haqda düşünməyi sevmirlər. Onlar hətta öz yaşları haqda ətrafdakı insanlara sual verməklə canını boğazına yığır və onlardan öz yaşları ilə bağlı 2-3 kompliment almağa çalışırlar. Sözün düzü, Oxatanlara deyilən komplimentlər özünü doğruldur. Çünki onlar özlərinə qulluq göstərməsələr də, ta qocalıb əldən düşənə qədər seksuallıqlarını və cazibədarlıqlarını qoruyub saxlaya bilirlər.

Oğlaq – bu bürcün nümayəndələrini Saturn planeti idarə edir. Saturn isə zaman və vaxt amilinə cavabdehdir. Maraqlısı isə odur ki, vaxt və zaman Oğlağın əksinə işləyir. Oğlaqlar “körpə qoca” kimi doğulur. Yaşı artdıqca onların xarakterində şıltaqlıq, dəlilik meylləri də artır. Yaşlı oğlaqlar, demək olar ki, uşaq kimi olurlar.

Dolça – Saturn planeti bu bürcə təsir etdiyi üçün onlar da uşaqlıqda Oğlaq kimi ciddi olur. İllərlə Dolçalarda ekssentriklik artır. Bu bürcün nümayəndələri ətrafdakı insanların onlar haqda nə danışdığına fikir verməməyə başlayırlar. Ona görə də, 80 yaşında onlar özlərini istədikləri kimi aparırlar.

Balıqlar – bu bürcün nümayəndələri qocalıqdan çox qorxurlar. Onlar kifayət qədər yaşamadıqları, görmədikləri şeylərə və yerinə yetirmədikləri işlərə görə həyəcan keçirirlər. Bunu nəzərə alan Balıqlar həyatında balans yaratmağa çalışırlar. Lakin onları daha çox xoşbəxt və uzun yaşamaq kimi fikirlər narahat edir. Ümumiyyətlə desək, Balıqlar həyatı boyu narahatdırlar.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR