İlham Əliyev BP-nin baş icraçı direktoruyla görüşdü
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev BP-nin baş icraçı direktoruyla görüşdü

İlham Əliyev BP-nin baş icraçı direktoruyla görüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlanıb. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edilib, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olunub.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm