Sağlamlıq
Avtomobil oturacaqlarındakı qızdırıcılar SONSUZLUQ YARADIR
Aparılan araşdırmalar nəticəsində 1973-cü ildən bəri kişilərin spermalarında böyük səviyyədə azalmalar meydana gəlməsi ortaya çıxıb.
Sperma sayındakı azalmanın dəqiq səbəbi bilinməsə də, araşdırma zamanı sonsuzluğu böyük ölçüdə meydana çıxaran bəzi məqamlar ortaya çıxıb.
Mütəxəssislər bildirir ki, bu sırada qidalanma əhəmiyyətli yer tutur. Belə ki, araşdırmalar ağ ət (quş əti) yeyən kişilərin qırmızı ət yeyənlərdən 13 faiz daha az sonsuzluq problemi yaşadığını ortaya çıxarıb.
Son illərdə xüsusilə şəhər həyatında bir çox insanın sıxıntısı halına gələn yuxu azlığı sadəcə yuxusuzluğu deyil, bir çox problemi gətirir. Gündəlik testesteron ifrazının böyük bir qismi yuxu əsnasında həyata keçir və kifayət qədər yatmayan kişinin nəsil artırma qabiliyyətində azalmalar ortaya çıxarır. Gündə 6 saatdan daha az yatan kişilər sonsuzluq problemi ilə qarşılaşır.
Kaliforniya Universitetində aparılan elmi araşdırma hamam və saunaların xayalarda temperaturu artıraraq, sperma istehsalında pozulmaya yol aça biləcəyini göstərir.
Araşdırma zamanı, eyni zamanda, avtomobil oturacaqlarında yer alan qızdırıcıların da uşaq sahibi olmaq şansını azaltdığı ortaya çıxıb.
Belə oturacaqlar həmçinin babasilin riskini də artırır, mövcud olan babasilin inkişafına, ağırlaşmasına səbəb olur. (ailem.az)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu