Eboladan ölənlərin sayı 7 minə çatdı
Bizi izləyin

Sağlamlıq

Eboladan ölənlərin sayı 7 minə çatdı

Ebola virusundan ölənlərin sayı 7 minə çatıb.

Publika.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilir.

Hesabata əsasən, 18 603 nəfər virusa yoluxub. Onlardan 6 915 nəfəri dünyasını dəyişib.

Hesabatda qeyd edilir ki, Sierra-Leonedə virusa yoluxmanın intensivliyi azalsa da, ötən həftə bu ölkədə 327 nəfər xəstələnib. Onlardan 127-si paytaxt Fritaun sakinləridir. Bundan əvvəl Ebola-ya cinsi yolla yoluxmağın mümkünlüyü barədə məlumat yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm