Balqabaq tumu arıqladır
Bizi izləyin

Sağlamlıq

Balqabaq tumu arıqladır

Balqabaq tumunun insan sağlamlığı üçün böyük faydaları var. Lakin çoxları onun arıqlamağa da kömək etdiyini bilmir.

Balqabaq tumunun tərkibi zülallardan ibarətdir. 28 qram balqabaq tumunun az qala dörddə üçü zülaldır. Habelə tərkibində olan amin turşuları xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifraz olunmasına da yardımçı olur.

Publika.az xəbər verir ki, Türkiyənin tanınmış sağlam qidalanma mütəxəssisləri az kalorili pəhrizlərin menyularına adətən balqabaq tumu da daxil edirlər. Balqabaq tumu tərkibindəki liflər sayəsində bağırsaqlardan toksinləri təmizləyir və yağın orqanizm tərəfindən udulmasına mane olur.

Az kalorili pəhrizlər saxlayırsınızsa, çərəz olaraq balqabaq tumuna üstünlük verin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm