• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Enerji verən narıncı detoks möcüzəsi

Enerji verən narıncı detoks möcüzəsi

Publika.az özünü daha çox yaz aylarında göstərən yorğunluğa çarə ola biləcək reseptlərin axtarışını davam etdirir. Bu dəfə nəinki yorğunluğa dərman olacaq, üstəlik enerji verən bir neçə narıncı detoks içki resepti əldə etmişik.

Yerkökü, zəncəfil və alma suyu

Bir dilim zəncəfil, yerkökü və almanı blenderdən keçirin. Bu narıncı şirə enerjinizi bərpa edəcək və immunitet sisteminizi gücləndirəcək. Narıncı detoks şirəsini xüsusilə, səhərlər içmək təklif edilir.

Ballı, zəncəfilli çay

Soyuqdəyməyə qarşı sizi qoruyacaq və immunitetinizi möhkəmləndirəcək. Bir stəkan isti çaya 1 çay qaşığı rəndələnmiş zəncəfil və 1 çay qaşığı bal əlavə edib qarışdırın.

Enerji verən qarışıq

Yerkökü, bir dilim zəncəfil və yarım stəkan ananas suyunu qarışdırın və nuşcanlıqla için!

Ananas və yerkökü şirəsi arıqlamaq istəyən insanlara kömək edə bilər. Ananasın tərkibindəki "bromelayn" piyi əridir və insan orqanizmini cavanlaşdırır. Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır. Kök şirəsi isə həm də dəri üçün əvəzedilməz nemətdir.

Dadlı portağal detoksu

Portağal həm immunitet sistemini möhkəmləndirir, həm də həzmi asanlaşdırır. Digər xüsusi detoks içkilərindən gözəl dadı ilə fərqlənir. Odur ki, bu resept üzrə detoks içkisini hər kəs içə bilir. C vitamini anbarı olan portağal suyu eyni zamanda antioksidantla zngindir. Portağalın tərkibində olan antioksidantlar damarları və kapilyarları gücləndirərək ürəyin zərər görməsinə mane olur. Bundan başqa təzyiqi nizamlayır. Portağal suyunun içinə yaşıl limon dilimləri ataraq gözəl bir ətir bəxş etmiş olarsınız.

Yarım banan, 1 ədəd qabığı təmizlənmiş portağal, 2-3 sm təzə zəncəfil, yarım yaşıl limon, 1 ədəd turp, 1 ədəd yaşıl tərəvəz yarpağı (kahı, kələm, ispanaq), istəyinizdən asılı olaraq, dad vermək üçün bir ovuc təzə nanə yarpağını şirə çəkən maşınla çəkin. Üzərinə yarım çay qaşığı soda əlavə edin.

Qreypfrut və nanə

Vitamin C baxımından olduqca zəngindir. Tərkibində xolesterini aşağı salan pektin maddəsi var. Xərçəngə qarşı qoruyucu vasitədir. Qreypfrut soyuqlamanın dərmanıdır, həzm sisteminin fəaliyyətini gücləndirir, diş ətindəki qanaxmaların qarşısını alır, kapilyar damarlarda qan dövranını sürətləndirir, təzyiqi nizamlayır.

Mütəxəssislər qreypfrutun bir çox faydası olduğunu, ancaq bu meyvədən dərmanlarla birlikdə istifadə edərkən diqqətli davranmaq lazım gəldiyini bildirirlər.

Qreypfrutu alma dilimləri şəklində kəsib qaynamış suya atın, üzərinə nanə yarpaqları və buz əlavə edin. Yağlı yeməklərdən sonra 1 stəkan içilərsə, yeyilən qida mədədə ağırlıq yaratmır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR